
İsmayıllıda DƏHŞƏTLİ QƏZA: Ana və 3 yaşlı qızı öldü
İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.today-ın məlumatına görə, hadisə bu gün saat 05 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində baş verib. Nicat Əsgərovun idarə etdiyi VAZ-2115 markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı körpə (qız) hadisə yerində vəfat edib.
Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Gundem.today-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəGəncədə baş verən zəncirvari qəzada xəsarət alanların SON VƏZİYYƏTİ MƏLUM OLDU
Gəncə şəhərində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
HadisəBayram günlərində baş vermiş hadisələrdə 13 nəfər ölüb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən Ramazan və Novruz bayramları ilə əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 380 yanğına çıxış, beş avtonəqliyyat qəzası, üç partlayış faktı və subasmalarla bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
HadisəBDU-nun aparıcı elmi işçisi vəfat edib - FOTO
Bakı Dövlət Universitetinin (BDU) aparıcı elmi işçisi Zara Məmmədova vəfat edib.
HadisəZaqataladakı dəhşətli qəza ilə bağlı cinayət işi başlanıldı: Bir ölü, beş yaralı
Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.