Son dəqiqə
Rusiyalı nazir digər vəzifələrdə törətdiyi əməllərə görə də cavab verəcəkİran xalqı ABŞ-nin zərbə təhlükəsinə qarşı etiraz etməyə çağırıldıSabah hava necə olacaq? - 08.04.2026Mirça Luçeskunun oğlu atasının səhhəti barədə müraciət edibOğul ona araq verməyən anasını döydü, min manat cərimələndiZəngilanın I yaşayış mərhələsində işlər bitib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. KİV: Müctəba Xamenei ağır vəziyyətdədir və ölkəni idarə edə bilmir
KİV: Müctəba Xamenei ağır vəziyyətdədir və ölkəni idarə edə bilmir
Dünya

KİV: Müctəba Xamenei ağır vəziyyətdədir və ölkəni idarə edə bilmir

Bu gün
11:12
0 baxış
Paylaş:

İranın Ali Rəhbəri Müctəba Xamenei huşsuz vəziyyətdədir və hazırda ölkəni idarə etmək iqtidarında deyil.

İranın Ali Rəhbəri Müctəba Xamenei huşsuz vəziyyətdədir və hazırda ölkəni idarə etmək iqtidarında deyil.

Gundem.today xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Amerika və İsrail kəşfiyyat məlumatlarına əsaslanan qiymətləndirməyə görə, İranın ali lideri dini şəhər Qumda müalicə alır. Məlumatda iddia edilir ki, onun vəziyyəti ağırdır.

Fars körfəzindəki müttəfiqlərə təqdim olunan və "The Times" qəzetinin əlinə keçən diplomatik qeyddə onun vəziyyətinin əvvəl düşünüldüyündən daha kritik olduğu öz əksini tapıb.

"Müctəba Xamenei Qumda ağır vəziyyətdə müalicə olunur və rejimin hər hansı bir qərar qəbuletmə prosesində iştirak etmək imkanında deyil", - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Müctəba_Xamenei#İran_ali_lideri#səhhəti#koma_vəziyyəti#Qum_şəhəri#kəşfiyyat_məlumatları#The_Times#Daily_Mail_xəbərləri.

Oxşar Xəbərlər

Rusiyalı nazir digər vəzifələrdə törətdiyi əməllərə görə də cavab verəcəkDünya

Rusiyalı nazir digər vəzifələrdə törətdiyi əməllərə görə də cavab verəcək

Rusiyanın Krasnoyarsk diyarında müstəntiqlər ötən gün saxlanılan regional tarif siyasəti naziri Aleksandr Ananyevə qarşı ittiham irəli sürüblər.

Bu gün
13:000
İran xalqı ABŞ-nin zərbə təhlükəsinə qarşı etiraz etməyə çağırıldıDünya

İran xalqı ABŞ-nin zərbə təhlükəsinə qarşı etiraz etməyə çağırıldı

İranın gənclər və idman nazirinin müavini Əlirza Rəhimi ABŞ-ın enerji obyektlərinə zərbə endirmək təhdidlərinə qarşı vətəndaşları "Canlı zəncir" adlı etiraz aksiyasında iştirak etməyə çağırıb.

Bu gün
13:040
WSJ: "İran Trampın tələbinə boyun əyməyəcək"Dünya

WSJ: "İran Trampın tələbinə boyun əyməyəcək"

İran ABŞ prezidenti Donald Trampın Hörmüz boğazının aprelin 7-si saat 20:00-a (Bakı vaxtı ilə 8 aprel, 05:00 - red.) qədər açılması ilə bağlı tələbinə boyun əyməyəcək.

Bu gün
12:440
Pit Heqset nazir olmaq üçün nələrdən keçib? - Siyahıda məşhur şirkətlərin adları varDünya

Pit Heqset nazir olmaq üçün nələrdən keçib? - Siyahıda məşhur şirkətlərin adları var

ABŞ-nin hərb naziri Pit Heqset Pentaqona rəhbərlik etmək üçün ölkənin aparıcı hərbi şirkətlərindəki paylarını satıbmış.

Bu gün
12:200