
Pit Heqset nazir olmaq üçün nələrdən keçib? - Siyahıda məşhur şirkətlərin adları var
ABŞ-nin hərb naziri Pit Heqset Pentaqona rəhbərlik etmək üçün ölkənin aparıcı hərbi şirkətlərindəki paylarını satıbmış.
ABŞ-nin hərb naziri Pit Heqset Pentaqona rəhbərlik etmək üçün ölkənin aparıcı hərbi şirkətlərindəki paylarını satıbmış.
Gundem.today xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" paylaşıb.
Mövcud sənədlərdə qeyd olunur ki, Heqset vəzifəsinin icrasına başlamamışdan öncə maliyyə maraqları ilə bağlı yaranacaq məsələlərə qarışmamaq barədə öhdəlik götürüb və etik razılaşma imzalayıb. O, nazir təyin edildikdən dərhal sonra investisiya portfelini tələblərə uyğunlaşdırıb.
Pit Heqset "Lockheed Martin", "Northrop Grumman" və "Honeywell" kimi müəssisələrin səhmlərindən imtina edib. Məlumata əsasən, nazir, eyni zamanda, hərbi sənayeyə fəal şəkildə sərmayə yatıran "Blackstone" və KKR fondlarındakı aktivlərini də satıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaRusiyalı nazir digər vəzifələrdə törətdiyi əməllərə görə də cavab verəcək
Rusiyanın Krasnoyarsk diyarında müstəntiqlər ötən gün saxlanılan regional tarif siyasəti naziri Aleksandr Ananyevə qarşı ittiham irəli sürüblər.
Dünyaİran xalqı ABŞ-nin zərbə təhlükəsinə qarşı etiraz etməyə çağırıldı
İranın gənclər və idman nazirinin müavini Əlirza Rəhimi ABŞ-ın enerji obyektlərinə zərbə endirmək təhdidlərinə qarşı vətəndaşları "Canlı zəncir" adlı etiraz aksiyasında iştirak etməyə çağırıb.
DünyaWSJ: "İran Trampın tələbinə boyun əyməyəcək"
İran ABŞ prezidenti Donald Trampın Hörmüz boğazının aprelin 7-si saat 20:00-a (Bakı vaxtı ilə 8 aprel, 05:00 - red.) qədər açılması ilə bağlı tələbinə boyun əyməyəcək.
Dünya"Orion" pilotlu kosmik gəmisi Ay ətrafında uçuşunu başa vurub və Yerə qayıdır - VİDEO
"Artemida-2" missiyası çərçivəsində ABŞ-nin "Orion" kosmik gəmisinin ekipajı Ay ətrafında fırlandıqdan sonra Yerə qayıtmağa başlayır.