
Yer kürəsində maqnit fırtınası gözlənilir
Günəş səthində yaranmış koronal dəliyin aprelin 10-u günorta saatlarında Yer kürəsinə təsiri gözlənilir. Bu hal geomaqnit fırtınalarının yaranmasına gətirib çıxara bilər.
Günəş səthində yaranmış koronal dəliyin aprelin 10-u günorta saatlarında Yer kürəsinə təsiri gözlənilir. Bu hal geomaqnit fırtınalarının yaranmasına gətirib çıxara bilər.
Gundem.today məlumat verir ki, müvafiq açıqlama Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası, həmçinin qurumun Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu tərəfindən verilib.
Təşkilatın hesabatında qeyd olunur ki, cümə günündən başlayaraq şənbə, hətta bazar gününədək davam edəcək 2-3 günlük narahatlıq yaşana bilər. Əsas təsir mənbəyi hesab edilən koronal dəliyin fəallığının sabah günorta radələrində özünü göstərəcəyi ehtimal edilir.
Bir müddət öncə aprelin 10-da Yerdə geomaqnit fırtınasının başvermə ehtimalının 50 faizdən artıq olacağı açıqlanıb. Mütəxəssislərin fikrincə, koronal dəliyin yaratdığı təsir zəif xarakter daşıyacaq və uzun sürməyəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-İran danışıqları səbəbindən Pakistanın iki şəhərində əhali istirahətə göndərildi
Pakistan hakimiyyəti ABŞ və İran arasında gözlənilən danışıqların təhlükəsizliyinin təmin olunması üçün İslamabad və Ravalpindi şəhərlərində əlavə qeyri-iş günləri elan edib.
Dünyaİsrail ordusu Beyrutda "Hizbullah" liderinin şəxsi katibini məhv etdi
İsrail ordusu (SAXAL) "Hizbullah" lideri Naim Qasımın şəxsi katibinin dünən gecə Beyruta endirilən zərbə nəticəsində öldürüldüyünü açıqlayıb.
Dünyaİranın ABŞ-yə göndərdiyi təklifləri ChatGPT hazırlayıb? - Vensdən maraqlı açıqlama
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens iddia edib ki, rəsmi Tehran on bənddən ibarət tələblərinin ilkin variantını ChatGPT-in köməyi ilə hazırlayıb.
DünyaGürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR
Gürcüstanda Azərbaycanla sərhədin yaxınlığında qəzaya uğrayan Türkiyənin "C-130" hərbi yük təyyarəsi ilə bağlı aparılan texniki araşdırmalara dair hesabatda yeni detallar açıqlanıb.