Son dəqiqə
İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edilib - VİDEOKİV: Pentaqonun rəhbəri paranoyaya qapılıbKreditlərin faizləri artıb? - VİDEO"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Yasamalda sakinlərdən ŞİKAYƏT - VİDEOAmerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"Biləsuvarda qadın həyat yoldaşını bıçaqladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Kreditlərin faizləri artıb? - VİDEO
Kreditlərin faizləri artıb? - VİDEO
İqtisadiyyat

Kreditlərin faizləri artıb? - VİDEO

Bu gün
22:48
0 baxış
Paylaş:

Azərbaycanda kredit faizlərinin formalaşmasında əsas amil banklara yerləşdirilən depozitlərin faiz göstəriciləridir. Bu da onu deməyə əsas verir ki, depozitlərin faizləri azaldıqda kreditlərin faizləri də azalmalı, əks halda isə artmalıdır.

Azərbaycanda kredit faizlərinin formalaşmasında əsas amil banklara yerləşdirilən depozitlərin faiz göstəriciləridir. Bu da onu deməyə əsas verir ki, depozitlərin faizləri azaldıqda kreditlərin faizləri də azalmalı, əks halda isə artmalıdır.

Gundem.today xəbər verir ki bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Lakin maraqlıdır ki, rəsmi məlumatlar bunun əksini göstərir. Belə ki, Mərkəzi Bankın məlumatına görə, 2025-ci ilin sonu ilə müqayisədə 2026-cı ilin birinci rübünün yekununda banklarda manatla olan depozit və əmanətlərin faizləri orta hesabla 9.4 faiz olaraq sabit qalıb. O cümlədən, fiziki şəxslərin əmanət faizləri orta hesabla 10.3%-dən 10.2%-ə enib. Kreditlərin faizləri isə sözügedən dövrdə orta hesabla 15.4 faizdən 15.6 faizə yüksəlib. Kredit faizlərindəki artım təkcə rüblük yox, illik müqayisədə də müşahidə olunub.

İqtisadçı Ruslan Atakişiyev məsələni belə şərh edib: "Daha çox müştəriyə çıxış riskli müştərilərə doğru hərəkəti artırır. Nəticədə risklərin artma ehtimalı yaranır. Nəticədə həmin risklərin qarşılanması və idarə olunması üçün faiz dərəcələrində artım baş verir".

İqtisadçı Eyyub Kərimli isə bankların depozit faizlərini, endirimlərini əsasən vəsaitə tələbatın azalması ilə izah edir: "Depozit faizlərinin azalması əsasən banklarda likvidliyin kifayət qədər yüksək olması ilə əlaqədar ola bilər. Belə ki, artıq likvidliyin yüksək olması ilə əlaqədar banklar əhalidən depozitin qəbul edilməsində az maraqlı olurlar".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Nağd_Kreditlər#Depozit_faizləri#Azərbaycan_Respublikası

Oxşar Xəbərlər

Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideyaİqtisadiyyat

Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya

Bu gün bir dostunuza pul göndərmək üçün banka möhtacsınız. Komissiya ödəyirsiniz. Gözləyirsiniz. Bəzən əməliyyat saatlarını belə gözləməlisiniz.

Bu gün
21:000
Valeri Levkov: "Orta Dəhliz şərq və qərb bazarlarının əlaqələndirilməsi üçün kritik əhəmiyyətə malik olacaq"İqtisadiyyat

Valeri Levkov: "Orta Dəhliz şərq və qərb bazarlarının əlaqələndirilməsi üçün kritik əhəmiyyətə malik olacaq"

"Orta Dəhliz şərq və qərb bazarlarının əlaqələndirilməsi üçün kritik əhəmiyyətə malik olacaq".

Bu gün
17:180
Neft Fondundan taktiki satış: Qızıl bazarında nələr baş verir?İqtisadiyyat

Neft Fondundan taktiki satış: Qızıl bazarında nələr baş verir?

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk rübündə diqqətçəkən bir gedişlə qızıl ehtiyatının bir hissəsini satıb. Rəsmi göstəricilərə əsasən, Fond cari ilin yanvar-mart aylarında 21.9 ton qızıl sataraq ümumi qızıl ehtiyatlarını 178.1 tona qədər azaldıb. Bu qismən azalmaya baxmayaraq, aprelin 1-nə olan məlumata görə, ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi hələ də kifayət qədər yüksək - 35.6 faiz (26.,1 milyard dollar) olaraq qalır. Bəs, ARDNF-in məhz indi aktiv satışa keçməs

Bu gün
05:000
Avropada qaz ehtiyatları beşillik minimuma düşdüİqtisadiyyat

Avropada qaz ehtiyatları beşillik minimuma düşdü

Avropada yeraltı qaz anbarlarının (YQS) doldurulma səviyyəsi aprelin sonunda 32.73%-ə çatıb ki, bu da son beş ildə minimum göstəricidir.

Dünən
14:240