
Kürdəmirdə magistral su boru kəməri partlayıb, səkkiz mindən çox abonent susuz qalıb
Kürdəmirdə magistral su boru kəməri partlayıb, 8 400 abonent susuz qalıb.
Kürdəmirdə magistral su boru kəməri partlayıb, 8 400 abonent susuz qalıb.
Gundem.today "Report"a istinadən xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 30-cı km-də, rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, diametri 500 mm olan boru partlayıb. Hadisə yerinə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.
Xatırladaq ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 8 400 abonentini içməli su ilə təmin edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətÖlkə gündəmini silkələyən bacılar: Prezident təqaüdçüləri Oksford və Kembricə gedən uğur hekayəsindən danışdılar - VİDEO
Onlar bir vaxtlar universitetə böyük arzularla gəlmişdilər. Bu gün isə həmin arzuların növbəti mərhələsini gerçəkləşdirirlər. Məktəbdə, universitetdə birgə təhsil alan Həmidə və Nəzrin Sadıqova bacıları indi Böyük Britaniyanın Oksford və Kembric universitetlərinin magistratura proqramlarına qəbul olublar. Bu addım isə onların hekayəsində son yox, yeni uğurların başlanğıcıdır.
CəmiyyətBazarda təkərlərin istehsal ili saxtalaşdırılaraq təzə kimi satılır - XƏBƏRDARLIQ - VİDEO
Elan saytlarında və sosial şəbəkələrdə istehsal ili saxtalaşdırılan avtomobil şinləri satılır.
Cəmiyyətİmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO
Baku TV-nin qaynar xəttinə şikayət edən 11-ci sinif şagirdi Elnar Əkbərli bildirir ki, imtahanın başlamasına az qalmış məktəbə daxil olub. O, üzərində olan telefonu qapıda təhvil vermək istəsə də, abituriyentə cihazı nəzarətçiyə təqdim etməli olduğu bildirilib.
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: İki rayonun bəzi ərazilərində işıq olmayacaq
Sabah Biləsuvar və Yardımlının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.