
Bazarda təkərlərin istehsal ili saxtalaşdırılaraq təzə kimi satılır - XƏBƏRDARLIQ - VİDEO
Elan saytlarında və sosial şəbəkələrdə istehsal ili saxtalaşdırılan avtomobil şinləri satılır.
Elan saytlarında və sosial şəbəkələrdə istehsal ili saxtalaşdırılan avtomobil şinləri satılır.
Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, satışda olan bəzi təkərlərin üzərindəki rəqəmlər əsl həqiqəti əks etdirmir. İşbazlar xüsusi üsullarla köhnə şinlərin üzərindəki istehsal tarixini silib yerinə yeni tarix yazırlar.
Saxta möhürlə dırnaqarası təzələnmiş təkər təkcə maddi ziyan deyil, həm də yollarda hər an qəza riski deməkdir. Vaxtı keçmiş rezin daxildən çürüməyə başladığı üçün ən kiçik təzyiqdə faciəyə yol aça bilir.
Mütəxəssislər sürücülərə tövsiyə edirlər ki, təkər alarkən yalnız rəqəmlərə güvənməsinlər, rezin hissənin teksturuna və tarixin yazıldığı hissədə kələ-kötürlüyün olub-olmamasına mütləq diqqət yetirsinlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətGünel Aslanova vəzifəsindən ayrıldı
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova vəzifəsindən ayrılıb.
CəmiyyətÖlkə gündəmini silkələyən bacılar: Prezident təqaüdçüləri Oksford və Kembricə gedən uğur hekayəsindən danışdılar - VİDEO
Onlar bir vaxtlar universitetə böyük arzularla gəlmişdilər. Bu gün isə həmin arzuların növbəti mərhələsini gerçəkləşdirirlər. Məktəbdə, universitetdə birgə təhsil alan Həmidə və Nəzrin Sadıqova bacıları indi Böyük Britaniyanın Oksford və Kembric universitetlərinin magistratura proqramlarına qəbul olublar. Bu addım isə onların hekayəsində son yox, yeni uğurların başlanğıcıdır.
CəmiyyətKürdəmirdə magistral su boru kəməri partlayıb, səkkiz mindən çox abonent susuz qalıb
Kürdəmirdə magistral su boru kəməri partlayıb, 8 400 abonent susuz qalıb.
Cəmiyyətİmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO
Baku TV-nin qaynar xəttinə şikayət edən 11-ci sinif şagirdi Elnar Əkbərli bildirir ki, imtahanın başlamasına az qalmış məktəbə daxil olub. O, üzərində olan telefonu qapıda təhvil vermək istəsə də, abituriyentə cihazı nəzarətçiyə təqdim etməli olduğu bildirilib.