Son dəqiqə
UEFA Avropa Liqası: "Portu" "Nottingem Forest"lə bacarmadı, "Aston Villa" qələbəyə sevindi - VİDEOGünel Aslanova vəzifəsindən ayrıldıCNN-dən böyük səhv: Sağ olan aktyor haqqında "vida videosu" yayımlandıUEFA Konfrans Liqası: Ev sahibləri inamlı qələbə qazandılarYaxın Şərq üçün çətin günlər geridə qaldı? - VİDEOÖlkə gündəmini silkələyən bacılar: Prezident təqaüdçüləri Oksford və Kembricə gedən uğur hekayəsindən danışdılar - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Ölkə gündəmini silkələyən bacılar: Prezident təqaüdçüləri Oksford və Kembricə gedən uğur hekayəsindən danışdılar - VİDEO
Ölkə gündəmini silkələyən bacılar: Prezident təqaüdçüləri Oksford və Kembricə gedən uğur hekayəsindən danışdılar - VİDEO
Cəmiyyət

Ölkə gündəmini silkələyən bacılar: Prezident təqaüdçüləri Oksford və Kembricə gedən uğur hekayəsindən danışdılar - VİDEO

Bu gün
01:00
0 baxış
Paylaş:

Onlar bir vaxtlar universitetə böyük arzularla gəlmişdilər. Bu gün isə həmin arzuların növbəti mərhələsini gerçəkləşdirirlər. Məktəbdə, universitetdə birgə təhsil alan Həmidə və Nəzrin Sadıqova bacıları indi Böyük Britaniyanın Oksford və Kembric universitetlərinin magistratura proqramlarına qəbul olublar. Bu addım isə onların hekayəsində son yox, yeni uğurların başlanğıcıdır.

Onlar bir vaxtlar universitetə böyük arzularla gəlmişdilər. Bu gün isə həmin arzuların növbəti mərhələsini gerçəkləşdirirlər. Məktəbdə, universitetdə birgə təhsil alan Həmidə və Nəzrin Sadıqova bacıları indi Böyük Britaniyanın Oksford və Kembric universitetlərinin magistratura proqramlarına qəbul olublar. Bu addım isə onların hekayəsində son yox, yeni uğurların başlanğıcıdır.

Gundem.today xəbər verir ki, bu barədə İTV-nin videomaterialında bildirilib.

Nəzrin Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dördüncü kurs tələbəsidir. O, magistr təhsilini Oksford Universitetində davam etdirəcək.

"Hüquq tələbəsi olmaq eyni zamanda çox gözəl hissdir və təbii ki, çox məsuliyyətlidir. Mənim Hüquq fakültəsinə girməyimin ən böyük səbəbi ədalətə böyük inancım idi. Hüquq və maliyyə proqramına qəbul oldum. Çünki marağım beynəlxalq iqtisadi hüquqadır".

Nəzrin deyir ki, Oksforda gedən yolun planını hələ 3-cü kursdan qurmağa başlayıb. Rəqabətin yüksək olduğunu bilsə də, məqsədindən geri çəkilməyib.

Həmidə Sadıqova isə Kembric Universitetinin Siyasət və Beynəlxalq Araşdırmalar proqramına qəbul olub. Birinci sinifdən birgə addımlayan bacıların yolları ilk dəfə ayrılacaq. Onlar fərqli şəhərlərdə, fərqli ixtisaslar üzrə yeni bir yola başlayacaqlar.

Qeyd edək ki, bacılar tələbə olduqları ilk gündən Prezident təqaüdçüləridir və bu statusu uğurla qoruyub saxlayıblar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Prezident_təqaüdü#Tələbələr#Oksford_Universiteti#Kembric_Universiteti

Oxşar Xəbərlər

Günel Aslanova vəzifəsindən ayrıldıCəmiyyət

Günel Aslanova vəzifəsindən ayrıldı

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova vəzifəsindən ayrılıb.

Bu gün
01:240
Bazarda təkərlərin istehsal ili saxtalaşdırılaraq təzə kimi satılır - XƏBƏRDARLIQ - VİDEOCəmiyyət

Bazarda təkərlərin istehsal ili saxtalaşdırılaraq təzə kimi satılır - XƏBƏRDARLIQ - VİDEO

Elan saytlarında və sosial şəbəkələrdə istehsal ili saxtalaşdırılan avtomobil şinləri satılır.

Bu gün
00:361
Kürdəmirdə magistral su boru kəməri partlayıb, səkkiz mindən çox abonent susuz qalıbCəmiyyət

Kürdəmirdə magistral su boru kəməri partlayıb, səkkiz mindən çox abonent susuz qalıb

Kürdəmirdə magistral su boru kəməri partlayıb, 8 400 abonent susuz qalıb.

Bu gün
00:120
İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEOCəmiyyət

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

Baku TV-nin qaynar xəttinə şikayət edən 11-ci sinif şagirdi Elnar Əkbərli bildirir ki, imtahanın başlamasına az qalmış məktəbə daxil olub. O, üzərində olan telefonu qapıda təhvil vermək istəsə də, abituriyentə cihazı nəzarətçiyə təqdim etməli olduğu bildirilib.

Bu gün
23:480