
"Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulmasından üç il ötür
"Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulmasından üç il ötür.
"Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulmasından üç il ötür.
Gundem.today xatırladır ki, 2023-cü il aprelin 23-ü saat 12:00-da Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.
Qeyd edək ki, Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasının məqsədi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almaq olub.
"Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın müasir dövlətçilik tarixində ərazi bütövlüyünün və suverenliyinin tam bərpası istiqamətində atılmış ən həlledici addımlardan biri hesab olunur.
Sözügedən ərazi artıq regionun təhlükəsizlik sisteminin sarsılmaz hissəsidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAltı ay əvvəl direktor təyin olunmuşdu: Pərviz Hacıyev öz ərizəsi ilə VƏZİFƏSİNDƏN AYRILDI
Respublika Kliniki Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev vəzifəsindən ayrılıb.
CəmiyyətPaytaxtda qəza baş vermiş kollektorda işlər davam etdirilir - Sakinlər nə vaxt evlərinə qayıdacaqlar? - VİDEO
Üzərində fərdi yaşayış evləri inşa edildiyi üçün qəza baş verən kollektorda yaranmış fəsadların aradan qaldırılması işləri davam etdirilir.
CəmiyyətSürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb.
CəmiyyətMəktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fəaliyyət göstərən 390 ümumtəhsil müəssisəsində monitorinqlər keçirib.