
Lebron Ceyms oğlu ilə birlikdə NBA-da tarix yazdı
NBA-da pley-off mərhələsinin birinci raundunun ilk oyunu başa çatıb.
NBA-da pley-off mərhələsinin birinci raundunun ilk oyunu başa çatıb.
Gundem.today Sport24.ru-ya istinadən xəbər verir ki, qarşılaşmada "Los-Anceles Leykers" "Hyuston Rokets"i 107:98 hesabı ilə məğlub edib.
Qalib komandanın heyətində Lebron Ceyms və Bronni Ceyms meydana çıxıblar. Onlar NBA pley-off tarixində birlikdə oynayan ilk ata və oğul olublar.
Lebron Ceyms 19 xal və 13 məhsuldar ötürmə ilə dabl-dabl edib (basketbolçunun bir oyunda beş statistik kateqoriyadan ikisində ikirəqəmli - 10 və ya daha çox göstərici əldə etməsi). Bronni Ceyms isə dörd dəqiqədən az oynayıb və məhsuldar hərəkətlə yadda qalmayıb.
"Los-Anceles Leykers" seriyada 1:0 hesabı ilə önə keçib. Növbəti oyun aprelin 22-də keçiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAta və oğul Kriştianu Ronaldu eyni klubda oynaya bilər
"Ən-Nəsr" komandasının kapitanı Kriştianu Ronaldunun 16 yaşlı oğlu kiçik Kriştianu Ronaldu növbəti mövsümdən etibarən əsas komandanın heyətinə daxil edilməsi imkanlarını nəzərdən keçirir.
İdmanMbappe şəxsi rekord müəyyənləşdirdi
"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 33-cü turunda "Alaves"lə oyunda qol vuraraq yeni rekorda imza atıb.
İdmanİspaniya La Liqası: "Real Madrid" evdə qələbəyə sevindi
İspaniya La Liqasının 33-cü turu çərçivəsində "Real Madrid" - "Alaves" oyunu keçirilib.
İdmanİspaniya La Liqası: "Real Madrid" evdə qələbəyə sevindi - VİDEO
İspaniya La Liqasının 33-cü turu çərçivəsində "Real Madrid" - "Alaves" oyunu keçirilib.