
Ağıl dişləri nə vaxt çıxarılmalıdır?
Ağıl dişləri (səkkizinci dişlər) kariesə, damaq iltihablarına və bəzi hallarda kök nahiyəsində kistaların yaranmasına yol aça bilər.
Ağıl dişləri (səkkizinci dişlər) kariesə, damaq iltihablarına və bəzi hallarda kök nahiyəsində kistaların yaranmasına yol aça bilər.
Gundem.today xəbər verir ki, bu problemlər barədə stomatoloq, implantoloq və parodontoloq Viktoriya Safronova "gazeta.ru" saytına verdiyi müsahibədə bildirib.
V.Safronovanın sözlərinə görə, ağıl dişləri insanda ən sonda formalaşan dişlərdir. Onların mövcudluğu təkamül prosesi ilə bağlıdır, belə ki, qədim dövrlərdə qidalanma tərzi daha güclü çeynəmə aparatına və əzələlərə ehtiyac yaradırdı.
Mütəxəssis qeyd edir ki, əhalinin təxminən 30-40 faizində çənə sümüyündə kifayət qədər yer olmadığından bu dişlər anomaliyalı şəkildə inkişaf edir:
- Dişin tam çıxmaması damaq iltihablarına (perikoronarit), çətin çatan mövqeyi isə gizli kariesin yaranmasına səbəb olur.
- Qeyri-düzgün istiqamətdə uzanan diş qonşu dişlərə təzyiq göstərərək onların əyilməsinə və zədələnməsinə gətirib çıxarır.
- Bəzən ağıl dişlərinin kökündə kistalar formalaşır.
Həkim vurğulayıb ki, bu proseslər uzun müddət heç bir əlamət vermədən irəliləyə bilər. Bir çox insanlar diş ağrımadığı təqdirdə ona toxunmamağı üstün tutsa da, stomatologiya təcrübəsində profilaktik məqsədlə çıxarılma yanaşması da geniş yayılıb.
Ekspertin sözlərinə görə, üçüncü azı dişlərinin çəkilməsi üçün ən uyğun dövr 16-25 yaş aralığıdır. Çünki bu yaşlarda kök sistemi hələ tam bərkiməmiş olur, çənə sümüyü elastikliyini qoruyur və yaralar daha sürətlə sağalır. Bununla belə, son qərar hər bir pasiyent üçün fərdi yanaşma tələb edir.
V.Safronova sonda bildirib ki, problemin həlli yalnız peşəkar diaqnostikadan keçir: "Stomatoloq dişlərin vəziyyətini, iltihab və kistaların olub-olmamasını yoxlamaq üçün 3D skanlama və ya panoramik rentgen təyin edəcək. Yalnız bütün mümkün risklər dəyərləndirildikdən sonra pasiyent üçün uyğun müalicə planı seçiləcək".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıEv üçün ətir necə seçilməlidir: Parfümerdən faydalı məsləhətlər
Eviniz üçün uyğun qoxu seçimi zamanı onun funksionallığına, otağın parametrlərinə və bir sıra digər detallara diqqət yetirmək vacibdir.
MaraqlıAlimlərdən ağlagəlməz proqnoz: Yerin fırlanması yavaşlayır, sutka 25 saat olacaq
Alimlərin proqnozlarına görə, Yerin fırlanma sürətinin tədricən azalması səbəbindən gələcəkdə sutkanın müddəti 25 saata qədər uzana bilər.
MaraqlıMisirdə mumiyanın içərisində nadir fraqment aşkar edildi
İspaniya-Misir arxeoloji ekspedisiyası Minya əyalətindəki qədim Oksirinx şəhəri ərazisində maraqlı kəşfə imza atıb. Roma dövrünə aid nekropolda aparılan qazıntılar zamanı mumiyanın içərisində Homerin "İliada"sının mətni olan papirus fraqmenti aşkarlanıb.
MaraqlıRusiya alimlərindən kəşf: Dolu yağmasının qarşısını almağın üsulu tapıldı
Rusiyalı alimlər dolu yağdıran buludlarla mübarizə üçün xüsusi raket hazırlayıblar.