Son dəqiqə
Azərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldüBakıda və bölgələrdə KÜLƏK GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQYenilənən İslam Səfərli küçəsindən FOTOLARLənkəranda tanınmış iş adamı ÖLDÜ - FOTOTürkiyənin 16 vilayətində genişmiqyaslı əməliyyat: 198 nəfər saxlanıldı - VİDEOHeydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Lənkəranda WUF13 Festivalı başlayıb
Lənkəranda WUF13 Festivalı başlayıb
Siyasət

Lənkəranda WUF13 Festivalı başlayıb

Bu gün
14:15
0 baxış
Paylaş:

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 2-də Lənkəran şəhərində WUF13 Festivalına start verilib.

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 2-də Lənkəran şəhərində WUF13 Festivalına start verilib.

Gundem.today "Report"a istinadla xəbər verir ki, günün birinci yarısında Lənkəran Dövlət Universitetində WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub.

Sessiyada universitetin və onun nəzdində olan Sosial və Aqrar-texnoloji Kollecin müəllim-tələbə heyəti iştirak edib.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sehran Alışov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi nümayəndəsi Ramiz İdrisoğlu, WUF13 Azərbaycan əməliyyat şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov çıxış edərək sözügedən tədbir barədə ətraflı məlumat veriblər.

Çıxışlarda WUF13-ün Azərbaycan üçün əhəmiyyəti və onun çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb.

S.Alışov çıxışında qeyd edib ki, Böyük İpək Yolunun üzərində yerləşən Lənkəran şəhərində tarixi və mədəni irs qorunur və müasir tikililərlə harmonik vəhdət təşkil edir.

Son illər Lənkəranda əhalinin sayının və urbanizasiya prosesinin sürətlə genişləndiyini vurğulayan S.Alışov bildirib ki, şəhərdə müasir yaşayış binaları inşa olunur, tarixi abidələrdə restavrasiya işləri aparılır, abadlıq səviyyəsi yüksəldilir və yeni parklar salınır.

R.İdrisoğlu Azərbaycanın müasir şəhərsalma siyasəti, bu istiqamətdə ölkədə görülməkdə olan işlər, həmçinin şəhər planlaşdırılmasında məşğulluq, inklüzivlik və mobillik imkanları, yeni yanaşmalar haqqında məlumat verib.

E.Rəsulov çıxışında gəncləri mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) dəvət edib.

Qeyd edək ki, WUF13 Festivalı iki hissədən ibarətdir. Festivalın ikinci hissəsi açıq havada keçiriləcək və ictimai proqramlarla davam edəcək.

Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#WUF13#Lənkəran#Ümumdünya_Şəhərsalma_Forumu#urbanizasiya#Lənkəran_Dövlət_Universiteti#şəhərsalma_siyasəti#davamlı_inkişaf#Dövlət_Şəhərsalma_və_Arxitektura_Komitəsi#innovativ_şəhər#şəhər_planlaşdırılması

Oxşar Xəbərlər

Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub - FOTOSiyasət

Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub - FOTO

Mayın 2-də Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində "İz" sənədli filminin nümayişi olub.

Bu gün
14:580
Sülhə doğru növbəti addımSiyasət

Sülhə doğru növbəti addım

Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi, qarşılıqlı etimad mühitinin gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Aprelin 29-da Ermənistanda, Ağverəndə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.

Bu gün
14:540
Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır"Siyasət

Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır"

"Niderland Azərbaycanla iqtisadi əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən energetika sahəsində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində maraqlıdır".

Bu gün
14:400
Hörmüz böhranından çıxış yolu niyə TAP-dır? - Meloninin Bakıya səfəri öncəsi müzakirələrSiyasət

Hörmüz böhranından çıxış yolu niyə TAP-dır? - Meloninin Bakıya səfəri öncəsi müzakirələr

Corcia Meloni bir neçə gündən sonra Bakıda olacaq. Bu, onun Əlcəzair və Körfəz ölkələrinə səfərlərini əhatə edən "enerji" turunun növbəti dayanacağıdır.

Bu gün
14:270