
Şəhərdə yaşamaq beynin qocalmasına necə təsir edir? - Ekspertdən açıqlama
"İnsan beyninin vaxtından əvvəl qocalması əlverişsiz ekoloji şəraitə malik şəhər həyatı ilə sıx bağlıdır. Eyni zamanda, təmiz havaya və daha az stresə yol açan ərazilərdə yaşamaq mərkəzi sinir sisteminin fəaliyyətinə müsbət təsir edir".
"İnsan beyninin vaxtından əvvəl qocalması əlverişsiz ekoloji şəraitə malik şəhər həyatı ilə sıx bağlıdır. Eyni zamanda, təmiz havaya və daha az stresə yol açan ərazilərdə yaşamaq mərkəzi sinir sisteminin fəaliyyətinə müsbət təsir edir".
Gundem.today xəbər verir ki, bu fikirləri gazeta.ru-ya açıqlamasında Honkonq Şəhər Universitetinin professoru, təkamül bioloqu Pyotr Lidski səsləndirib.
"Bütün şəhərlər beynin kəndlərə nisbətən daha sürətlə yaşlanmasına səbəb olmur. Lakin əgər urbanizasiya mühiti incə toz zərrəcikləri, yüksək səs-küy, isti hava, davamlı stres və yaşıllıqların azlığı ilə xarakterizə olunursa, bu cür şərait beynin qocalma prosesini kəskinləşdirir. Havanın çirklənməsi təkcə beynin qocalmasına deyil, həm də idrak qabiliyyətinin zəifləməsinə, eləcə də Altsheymer daxil olmaqla demensiya riskinin yüksəlməsinə gətirib çıxarır. Xüsusilə PM2.5 kimi kiçik hissəciklərin bu xəstəliklərin yaranmasında mənfi təsiri elmi cəhətdən təsdiqini tapıb", - deyə ekspert bildirib.
Qeyd edək ki, PM2.5 diametri 2.5 mikrometrdən kiçik olan mikrohissəciklərə deyilir. Mikroskopik ölçüləri sayəsində onlar asanlıqla tənəffüs sisteminə, oradan isə qan dövranına keçə bilirlər. Nəticədə beyin də daxil olmaqla bütün orqanizmdə iltihablanma, oksidləşdirici stres və qan damarlarının zədələnməsi kimi fəsadlar yaranır.
"Bununla belə, unutmaq olmaz ki, beyin sadəcə bir səbəbdən deyil, havanın çirklənməsi, istilik, səs-küy, sosial bərabərsizlik, yoxsulluq, xroniki stres və təbiət qoynundan uzaq qalmaq kimi kompleks faktorların birgə təsiri ilə daha tez qocalır. Tədqiqatçılar bu cür məcmu təsirləri eksposom konsepsiyası vasitəsilə izah edirlər. Orqanizmə daxil olan mikroplastiklərin zərərləri, onların damar divarlarına yığılması və infarkt riski yaratması barədə kifayət qədər sübutlar var. Hətta beynin özündə və ilik mayesində də mikroplastiklər tapılıb. Ancaq onların mərkəzi sinir sisteminə olan neqativ təsirləri hələlik PM2.5 zərrəciklərinin zərəri qədər dəqiqliklə sübuta yetirilməyib", - deyə alim sözlərini tamamlayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətVitamin çatışmazlığı Altsheymer xəstəliyinə səbəb ola bilər?
Orqanizmdə bəzi vitaminlərin cüzi əskikliyi belə gizli şəkildə Altsheymer xəstəliyinin yaranmasına gətirib çıxara bilər.
CəmiyyətAzərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Sosial şəbəkələrdə çiyələyə təhlükəli kimyəvi maddələrin vurulmasını əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO
Paytaxtın mərkəzi ərazilərində nəqliyyat vasitələri üçün sürət həddinin saatda 50 kilometrə qədər endirilməsi planlaşdırılır.
CəmiyyətYükdaşıma şirkəti aylardır əməkhaqqıları ödəmir? - İşçilərdən ŞİKAYƏT - VİDEO
Baku TV-nin qaynar xəttinə daxil olan kütləvi müraciətdə vətəndaşlar bildiriblər ki, "188" yükdaşıma şirkətində çalışan işçilərə artıq aylardır əməkhaqqı ödənilmir.