
Türkiyədə barəsində saxlanılma qərarı çıxan məşhur aşpaz Somer Sivrioğlu: "Biletimi aldım" - FOTO
İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan antinarkotik əməliyyatları çərçivəsində barəsində saxlanılma qərarı verilmiş Türkiyənin məşhur aşpazı və "MasterChef" proqramının münsifi Somer Sivrioğlu bununla bağlı açıqlama verib.
İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan antinarkotik əməliyyatları çərçivəsində barəsində saxlanılma qərarı verilmiş Türkiyənin məşhur aşpazı və "MasterChef" proqramının münsifi Somer Sivrioğlu bununla bağlı açıqlama verib.
Gundem.today-ın xəbərinə görə, Somer Sivrioğlu bu barədə özünün "Instagram" hesabında paylaşım edib.
Təxminən üç aydır ki, iş və peşə fəaliyyəti səbəbindən Avstraliyada olan Sivrioğlu istintaq çərçivəsində ifadə vermək üçün çağırıldığını bildirib. O, hüquqi prosesə tam şəkildə hörmət etdiyini və biletini alaraq Türkiyəyə qayıtmaq üçün yola çıxdığını qeyd edib.
Xatırladaq ki, İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində Emir Can İğrek, Hafsanur Sancaktutan, Mert Demir və Ahsen Eroğlu da daxil olmaqla, ümumilikdə 14 nəfər barəsində saxlanılma qərarı çıxarılıb, onlardan 11-i nəzarət altına alınıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesTürkiyədə müğənni Yusuf Güney narkotik təbliğinə görə saxlanıldı
Türkiyəli müğənni Yusuf Güney narkotik tərkibli olduğu bildirilən "Ayahuaska çayı" ilə bağlı açıqlamalarına görə saxlanılıb.
Şou-biznesMəhşur reper qalmaqallı ittihamdan sonra azadlığa çıxa bilərmi?
Fahişəlik məqsədilə insan daşımaqda təqsirli bilinərək dörd ildən artıq azadlıqdan məhrum edilən ABŞ-li reper P.Diddinin (əsl adı Şon Kombs) hüquq müdafiəçiləri cümə axşamı Nyu-York və digər ştatların işlərini icra edən İkinci ABŞ Dairə Apellyasiya Məhkəməsinə müraciət edəcəklər.
Şou-biznesSaxlanılmasına qərar verilən məşhur türk aktrisa danışdı: "Həqiqətin alternativi yoxdur" - FOTO
Türkiyədə İstanbul Beykoz Respublika Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan narkotik ittihamı üzrə istintaq çərçivəsində barəsində saxlanılma qərarı çıxarılmış - geniş izləyici kütləsinə malik "Uzak şehir" serialının "Alya"sı, sevilən aktrisa Sinem Ünsal açıqlama verib.
Şou-biznesTürkiyəli məşhur müğənni Yusuf Güney saxlanıldı
Məşhur türkiyəli müğənni Yusuf Güney saxlanılıb.