
"YouTube"da yeni funksiya
"Google" istifadəçilərə "YouTube Shorts" üçün süni intellekt əsaslı rəqəmsal avatarlar yaratmağa imkan verən yeni funksiya təqdim edib.
"Google" istifadəçilərə "YouTube Shorts" üçün süni intellekt əsaslı rəqəmsal avatarlar yaratmağa imkan verən yeni funksiya təqdim edib.
Gundem.today "Gazeta.Ru"ya istinadən xəbər verir ki, bu alət istifadəçilərə öz rəqəmsal "dublikatını" videolara inteqrasiya etməyə və real personajları virtual nüsxə ilə əvəz etməyə imkan yaradır.
Avatarlar istifadəçinin görüntüsü və səsi əsasında formalaşdırılır, yüksək vizual və səs oxşarlığı təmin edir.
Texnologiyadan yalnız müəllifin öz orijinal kontentində istifadə oluna bilər. Funksiya yalnız 18 yaşdan yuxarı istifadəçilər üçün əlçatandır.
Həmçinin sistemdə nəzarət mexanizmləri də tətbiq olunub. Üç il istifadə olunmayan avatarlar avtomatik silinəcək, onların iştirakı ilə hazırlanan videolar isə süni intellektlə yaradıldığı barədə xüsusi işarə - "SynthID" etiketi ilə qeyd olunacaq.
Funksiya mərhələli şəkildə tətbiq edilir və hazırda məhdud sayda istifadəçi üçün aktivdir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMelaniya Tramp Konqresə "Epşteyn işi" ilə bağlı çağırış edib
ABŞ-nin birinci xanımı Melaniya Tramp Konqresi "Epşteyn işi" ilə bağlı bütün detalları üzə çıxarmaq üçün tədbirlər görməyə çağırıb.
Dünya"Ginnes" rekordçusu: Dünyanın ən yaşlı quşu öldü
ABŞ-də dünyanın ən qoca göyərçini hesab edilən "Şuqar" 44 yaşında həyatını itirib.
Dünyaİranın Hörmüz boğazından keçidə görə ödəniş tələb etməsinə ABŞ-dən SƏRT REAKSİYA
ABŞ Prezidenti Donald Tramp İranı tankerlərin Hörmüz boğazından keçidi üçün ödəniş almamağa çağırıb.
Dünya"Pasxa atəşkəsi": Kiyev Moskvaya qarşılıq verdi
Prezident Volodimir Zelenski Rusiyanın elan etdiyi "Pasxa atəşkəsi"nə cavab olaraq Ukraynanın analoji addım atmağa hazır olduğunu bildirib.