
Məşhur rusiyalı repçi qəzada həlak oldu
Məşhur rusiyalı repçi Fuze Krec (əsl adı Artyom Brovkov) 46 yaşında ölüb.
Məşhur rusiyalı repçi Fuze Krec (əsl adı Artyom Brovkov) 46 yaşında ölüb.
Gundem.today-ın xəbərinə görə, bu barədə onun həyat yoldaşı Valentina Beryozkina "Instagram" hesabında məlumat verib.
Onun sözlərinə görə, Brovkov dəhşətli qəzaya düşüb. Həkimlər onun həyatı uğrunda mübarizə aparıblar, lakin xilas edə bilməyiblər.
"Sizdən xahiş edirəm ki, onun sözün hər mənasında dünya üçün etdiyi hər şeyi xatırlayasınız və hörmətlə yanaşasınız. Mən onu çox sevirəm və onun kimi başqa belə mehriban və dürüst insan tanımıram", - deyə müğənninin həyat yoldaşı bildirib.
Artyom Brovkov (daha çox Fuze və Krec kimi tanınır) Sankt-Peterburqun məşhur "Krec" rep qrupunun təsisçisi və daimi iştirakçısı olub (2001-ci ildən, ilkin olaraq "Kitchen Records"). O, bir çox mətnlərin müəllifidir və digər iştirakçıların (Assai və Smoki Mo) gedişindən sonra layihəni müstəqil şəkildə davam etdirib.
Fuze 2000-ci illərin rus repinin klassiklərindən biri, "Nejnost" ("Piter FM" filminin saundtreki), "Yele dışa", "Po reke", "Oskolki" mahnılarının müəllifi və ifaçısı kimi tanınır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesSəsini itirdiyi deyilən tanınmış azərbaycanlı müğənni: "Həkim nəzarətindəyəm"
Dünyada məşhurluq qazanan azərbaycanlı ifaçı Jony (Cahid Hüseynli) səsinin batması haqqında yayılan xəbərlərə aydınlıq gətirib.
Şou-biznesTeylor Svift musiqi albomuna görə məhkəməlik oldu
Dünyaşöhrətli amerikalı müğənni Teylor Svift yeni albomunun adı ilə bağlı ciddi hüquqi problemlə üzləşib.
Şou-biznes"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
"Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsi bu il Asiyada da keçiriləcək.
Şou-biznesTanınmış azərbaycanlı müğənni səsini itirdi: Bütün konsertlər ləğv edildi
"Kamin" hiti ilə dünya miqyasında məşhurlaşan, əslən azərbaycanlı olan tanınmış müğənni Jony (Cahid Hüseynli) səs tellərindəki problemlərə görə bütün konsertlərini aprelin ortalarına qədər təxirə salıb.