
Tanınmış azərbaycanlı müğənni səsini itirdi: Bütün konsertlər ləğv edildi
"Kamin" hiti ilə dünya miqyasında məşhurlaşan, əslən azərbaycanlı olan tanınmış müğənni Jony (Cahid Hüseynli) səs tellərindəki problemlərə görə bütün konsertlərini aprelin ortalarına qədər təxirə salıb.
"Kamin" hiti ilə dünya miqyasında məşhurlaşan, əslən azərbaycanlı olan tanınmış müğənni Jony (Cahid Hüseynli) səs tellərindəki problemlərə görə bütün konsertlərini aprelin ortalarına qədər təxirə salıb.
Gundem.today xəbər verir ki, bu barədə "Mash Telegram" kanalı məlumat yayıb.
Martın 27-də Minsk şəhərindəki konserti əsnasında səsini itirən müğənniyə tibb işçiləri tərəfindən oxumaq və danışmaq qəti şəkildə qadağan olunub. Səs tellərində yaranan kəskin iltihab nəticəsində sənətçinin səhhəti çıxışlar ərəfəsində ağırlaşıb və ona beş dəfə adrenalin iynəsi tətbiq edilib. İfaçı hazırda iltihab əleyhinə və hormonal müalicə kursu keçir, eyni zamanda, ona üç həftə ərzində səslə bağlı tam istirahət və sərt yuxu rejimi yazılıb. Tibb mütəxəssislərinin xəbərdarlığına görə, bu qaydalara əməl edilməməsi səsin həmişəlik itirilməsi ilə nəticələnə bilər. Müalicənin gedişatından asılı olaraq, vəziyyət müsbətə doğru dəyişərsə, müğənnini aprelin 19-da yenidən səhnəyə qayıtması ehtimal olunur.
Xatırladaq ki, bir müddət əvvəl Jony tanınmış gənc "TikTok" ulduzu Səbinə Xayrova ilə birgə "Comedy Club" proqramında görüntülənmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznes11-12 yaşlı aktyorlar üçün fantastik qonorar: Hər bölümə 79 min dollar
"Harri Potter"in yeni televiziya adaptasiyasında baş rolları ifa edən gənc aktyorların hər birinə birinci mövsüm üçün 500 min funt sterlinq (661 687 dollar - red.) ödəniləcək.
Şou-biznesArnold Şvartsenegger fəxri doktorluq dərəcəsi aldı
Hollivud aktyoru və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger Şimali İrlandiyanın Olster Universitetinin fəxri doktorluq dərəcəsinə layiq görülüb.
Şou-biznesDanışmaqdan qorxan adam necə dünya ulduzuna çevrildi? - VİDEO
"Ən böyük problemimi sərvətə çevirdim" deyən Skatman Con uşaqlıqdan ağır kəkələmə problemi ilə üzləşsə də, bunu həyatının dönüş nöqtəsinə çevirə bildi.
Şou-biznesŞakiranın Doha konsertinin keçiriləcəyi tarix açıqlandı
Kolumbiyalı pop ulduz Şakiranın "Las Mujeres Ya No Lloran" dünya turnesi çərçivəsində Qətərin paytaxtı Dohada planlaşdırılan konserti 18 noyabr tarixinə qədər təxirə salınıb.