
Azərbaycanın yeniyetmə güləşçiləri Estoniyada beş medal qazanıblar
Azərbaycan güləşçiləri Estoniyada yeniyetmələr arasında keçirilən "Tallin Open" turnirində 5 medal qazanıblar.
Azərbaycan güləşçiləri Estoniyada yeniyetmələr arasında keçirilən "Tallin Open" turnirində 5 medal qazanıblar.
Gundem.today xəbər verir ki, 41 ölkənin təmsil olunduğu ənənəvi yarışda U-17 milli komandanın böyük məşqçisi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi çıxış edib ki, onların da 5-i fəxri kürsüyə qalxıb.
Fatimə Bayramova (53 kq) keçirdiyi 7 görüşün hər birində qalib gələrək çempion olub. Nəzrin Əhmədli (49 kq), Rəna Nuriyeva (61 kq) və Simurə Abdullayeva (69 kq) gümüş, Xədicə Qurbanzadə (49 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, komandamız yarışdan sonra Tallində keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. Hazırlıq prosesi aprelin 1-dək davam edəcək. Yığmamız U-17 Avropa çempionatı öncəsi son toplanışı Bakıda keçəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzərbaycanlı döyüşçü qalib gəldi: UFC-yə bir addım qaldı - VİDEO
Tezliklə dünyanın ən nüfuzlu döyüş təşkilatı olan UFC ilə müqavilə bağlayacağı gözlənilən Azərbaycan döyüşçüsü Asəf Çopurov növbəti uğuruna imza atıb. O, "UAE Warriors" təşkilatında sahib olduğu çempionluq kəmərini uğurla müdafiə edib.
İdman"Real Madrid"in yaydakı ilk transferi məlum oldu: Öz yetirməsini geri qaytarır
"Real Madrid" rəhbərliyinin yay transfer pəncərəsində əsas hədəfi bəlli olub.
İdmanOveçkindən het-trik və yeni NHL rekordu
ABŞ-nin "Delta Mərkəzi" arenasında keçirilən Milli Xokkey Liqasının (NHL) müntəzəm mövsüm matçında "Vaşinqton Kapitals" klubu "Utah Mammoth" komandasını 7:4 hesabı ilə məğlub edərək inamlı qələbə qazanıb.
İdmanAzərbaycan sablyaçısı Palina Kaspiaroviç Daşkənddə bürünc medal qazandı
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamızın üzvü Palina Kaspiaroviç Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya kubokunun mərhələ yarışında bürünc medal qazanıb.