
Kənan MM: "Mən Azərbaycanın ən kasıb rejissoruyam" - VİDEO
"Mən Azərbaycanın ən kasıb rejissoruyam".
"Mən Azərbaycanın ən kasıb rejissoruyam".
Bunu Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışında qonaq olan rejissor və aktyor Kənan MM deyib.
O, yaradıcılıqda maddi imkanlardan daha çox istedadın önəmli olduğunu vurğulayıb:
"İstedadsız insana bir milyon versəniz belə, heç nə edə bilməyəcək. Amma istedadlı insana imkan yaradılanda o, bacardığının 10 qatını ortaya qoyacaq. Mən Azərbaycanın ən kasıb, lakin ən səmimi duyğulara sahib olan rejissoruyam. Heç vaxt lüks şəraitdə, rahatlıq içində işləməmişəm. Mənim çalışdığım büdcə ilə başqaları bir bölüm belə çəkə bilməzlər".
Rejissorun sözlərinə görə, ekran işi tamaşaçını bezdirməməli və yaddaşlarda iz qoymalıdır:
"İstəyirəm ki, tamaşaçılar serialın sonunda "kaş bitməzdi" desinlər. Çəkdiyim seriallar adətən 30 bölümdən çox olmur. İzləyicini bezdirmək istəmirəm, çünki hekayəni süni şəkildə uzatmaq olmaz. İnsanın bəlli bir problemi varsa, o ya müsbət, ya da mənfi sonluqla bitməlidir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesNarkotik istintaqı çərçivəsində saxlanılan türkiyəli məşhur aktrisa Hande Erçel sərbəst buraxılıb
İstanbul Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan narkotik əməliyyatında yeni məlumatlar ortaya çıxıb.
Şou-biznesSaxlanılan məşhur türkiyəli aktrisa Hande Erçel ifadə verib
İstanbul Baş Prokurorluğu tərəfindən tanınmış şəxsləri hədəf alan narkotik istintaqı çərçivəsində yeni məlumatlar ortaya çıxıb.
Şou-biznes"Oskar" mükafatının təqdimetmə mərasimi Hollivuddan köçürüləcək
"Oskar" mükafatının təqdimetmə mərasimi 2029-2039-cu illərdə Los-Ancelesin mərkəzində yerləşən "Peacock" teatrında keçiriləcək.
Şou-biznes"Harri Potter"in yeni serialının ilk görüntüləri yayılıb və aktyor heyəti məlum olub
"Harri Potter" televiziya serialının ilk tizeri nümayiş etdirilib.