
Müharibəyə görə Azərbaycandan həcc ziyarəti TƏXİRƏ SALINACAQ? - Rəsmi AÇIQLAMA
"Həcc ziyarəti ilə bağlı sənəd qəbulu üzrə kvota artıq 96 faiz tamamlanıb".
"Həcc ziyarəti ilə bağlı sənəd qəbulu üzrə kvota artıq 96 faiz tamamlanıb".
Bunu Gundem.today-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.
O bildirib ki, regionda baş verən gərginliyin həcc ziyarətinin təşkilinə təsiri olmayacaq:
"Münaqişə qızışandan, gərginlik artandan bəri bir neçə ümrə ziyarəti təşkil etmişik, heç birində problem olmadı. Allahın izni ilə həcc ziyarəti də eyni qaydada həyata keçiriləcək. Zərurət yaranacağı təqdirdə alternativ marşrutlardan istifadə ediləcək".
O qeyd edib ki, həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 manat təşkil edir:
"Həcc ziyarəti üzrə sənəd qəbulu aprel ayının ortalarına qədər aparılacaq. Müraciət edənlər arasında orta yaş üstünlük təşkil edir. Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq. Həmin zəvvar qrupunda 180 nəfər olacaq".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Nicat" şadlıq evində nöqsanlar aşkarlandı: Fəaliyyəti məhdudlaşdırıldı - FOTO
Biləsuvar rayonu, Nəsimi kəndində fəaliyyət göstərən, fiziki şəxs Samir Xeyrulla oğlu Xanverdiyevə məxsus "Nicat" şadlıq evində yoxlama keçirilib.
Cəmiyyət200-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib
Qanuna müvafiq dəyişiklərdən sonra 103 işəgötürən tərəfindən ümumilikdə 213 işçiyə uşağının doğulması ilə əlaqədar 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.
CəmiyyətBakıda qadınlara həsr edilən beynəlxalq konfrans keçirilib
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib.
CəmiyyətQəbələdə 900-dən çox abonent qazsız qalacaq
Qəbələ rayonunun Nohurqışlaq kəndində 17 aprel saat 10:00-dan etibarən 912 abonentin qazı kəsiləcək.