Mütəxəssis qocalmaya qarşı ən təsirli qida və elementlərin adlarını sadaladı
Cəmiyyət

Mütəxəssis qocalmaya qarşı ən təsirli qida və elementlərin adlarını sadaladı

İndi
06:20
0 baxış
Paylaş:

"Hazırda qocalma prosesini ləngidən minə yaxın maddə (geroprotektor) elmə məlumdur. Bu vasitələrin böyük əksəriyyəti laboratoriya şəraitində öyrənilsə də, bir qismini asanlıqla tapmaq mümkündür".

"Hazırda qocalma prosesini ləngidən minə yaxın maddə (geroprotektor) elmə məlumdur. Bu vasitələrin böyük əksəriyyəti laboratoriya şəraitində öyrənilsə də, bir qismini asanlıqla tapmaq mümkündür".

Gundem.today xəbər verir ki, bu barədə Gazeta.ru-ya Rusiya Elmlər Akademiyasının müxbir üzvü, bioloq-alim Aleksey Moskalyov danışıb.

"Geroprotektorlar əsasən üç kateqoriyaya ayrılır: tibbi preparatlar, bioloji aktiv əlavələr və qida məhsullarının tərkibindəki maddələr. Dərman preparatları içərisində ən yüksək təsirə malik olanlar yeni nəsil diabet vasitələridir. Bu dərmanlar beyin və ürəyin funksiyalarını qorumaqla yanaşı, onkoloji xəstəlik ehtimalını aşağı salır, lakin onların qəbulu ancaq həkim göstərişi ilə mümkündür. Ən asan əlçatan olanlar isə qida əlavələridir ki, bura qlisin, astaxantin və L-karnitin kimi təbii komponentlər daxildir. Onların sayəsində hüceyrələr zədələnmələrə qarşı daha dirənişli olur", - deyə ekspert vurğulayıb.

Bununla belə, Moskalyov hesab edir ki, yaşlanma prosesini ləngitməyin ən asan və effektiv üsulu düzgün qidalanma rasionudur. Bu baxımdan sağlam pəhriz həlledici rol oynayır.

"Gündəlik qida rasionunuza göyərti, giləmeyvə, qara şokolad, zeytun yağı, çay, qəhvə və ədviyyatlar əlavə etməyiniz məsləhətdir, çünki bu məhsullar özündə çoxlu sayda geroprotektiv elementlər cəmləşdirir", - deyə mütəxəssis bildirib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#qocalmanı_ləngidən_maddələr#geroprotektorlar#sağlam_uzunömürlülük#qida_əlavələri#qlisin#astaxantin#L-karnitin#sağlam_qidalanma#qocalmaya_qarşı_pəhriz#gəncliyi_qorumaq

Oxşar Xəbərlər

Psixoloqlar 2026-cı il üçün gözlənilməz trendin adını açıqlayıblarCəmiyyət

Psixoloqlar 2026-cı il üçün gözlənilməz trendin adını açıqlayıblar

Hazırda qlobal miqyasda milyonlarla şəxs daimi tələskənlikdən uzaqlaşmağı nəzərdə tutan "yavaş həyat" (slow life) fəlsəfəsinə üstünlük verir. Rusiyanın Perm Politexnik Universitetinin tədqiqatçıları bu tendensiyanın yaranma səbəblərini, adi istirahətin nə üçün artıq gücümüzü bərpa etmədiyini və həyat tempini azaltmağın hansı hallarda faydalı olduğunu aydınlaşdırıblar.

İndi
05:161
İnfarkt və insult hallarının ən çox qeydə alındığı saatlar məlum olubCəmiyyət

İnfarkt və insult hallarının ən çox qeydə alındığı saatlar məlum olub

"İnfarkt və insult hallarının böyük əksəriyyəti günün ilk yarısında, yəni saat 6:00-dan 11:00-a qədər olan müddətdə qeydə alınır".

9 dəqiqə əvvəl
04:121
Tanınmış brendlər elektromobillərə niyə "yox" dedi? - "Çin öz xeyrinə olanı edəcək" - VİDEOCəmiyyət

Tanınmış brendlər elektromobillərə niyə "yox" dedi? - "Çin öz xeyrinə olanı edəcək" - VİDEO

Elektrikli avtomobillər bir zamanlar gələcəyin əsas nəqliyyat vasitələri kimi təqdim olunsa da, bəzi iri şirkətlər artıq elektriklə çalışan avtomobil istehsalından imtina etmək qərarına gəliblər.

2 saat əvvəl
01:481
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEOCəmiyyət

Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO

Son illər Xəzər dənizində suyun səviyyəsinin azalması və sahil xəttinin geri çəkilməsi bölgədə fəaliyyət göstərən balıq vətəgələri üçün ciddi çətinliklər yaradıb. Aparılan müşahidələr göstərir ki, bu proses həm iqtisadi, həm də ekoloji baxımdan əhəmiyyətli təsirlərlə müşayiət olunur.

3 saat əvvəl
01:001