
Nadir "Ferrari Enzo" altı milyon dollara satışa çıxarılır
"RM Sotheby's" hərrac evi nadir "Ferrari Enzo" modelini satışa çıxarmağa hazırlaşır.
"RM Sotheby's" hərrac evi nadir "Ferrari Enzo" modelini satışa çıxarmağa hazırlaşır.
Gundem.today auto.ru-ya istinadən xəbər verir ki, avtomobilin yürüşü 19 min km-dən çox olsa da, onun üçün 4.9-5.3 milyon avro (təxminən altı milyon dollar) əldə olunacağı gözlənilir.
Bildirilir ki, bu avtomobil ban yeri xüsusi "Argento Nurburgring" rəngində olan cəmi doqquz "Enzo" modelindən biridir. Üstəlik, yalnız beş belə avtomobildə gümüşü kuzov qırmızı dəri salonla birləşdirilib.
Avtomobil 2004-cü ildən sonra 15 il ərzində britaniyalı kolleksiyaçıya məxsus olub, daha sonra İsveçrədə saxlanılıb və hazırda yenidən Böyük Britaniyaya qaytarılıb.
Qeyd olunur ki, yüksək yürüşə baxmayaraq, avtomobil əla vəziyyətdədir və "Ferrari Classiche" orijinallıq sertifikatına malikdir. 660 at gücündə altılitrlik mühərriklə təchiz olunan model 0-dan 100 km/saatadək təxminən 3.65 saniyəyə sürətlənə bilir.
Bununla belə, bu "Ferrari Enzo" üçün ən yüksək qiymət deyil. Cari ilin əvvəlində cəmi 1 000 km-dən bir qədər artıq yürüşü olan analoji model ABŞ-də 17.8 milyon dollara satılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMüctəba Xameneinin ictimaiyyət qarşısında görünməməsinin səbəbi açıqlandı
"İran ali lideri Müctəba Xamenei təhlükəsizlik tədbirləri səbəbindən ictimaiyyət qarşısına çıxmır, lakin vəzifələrini yerinə yetirməyə davam edir".
Dünyaİranın Səudiyyə Ərəbistanındakı bazaya hücumu nəticəsində 10 ABŞ hərbçisi yaralanıb
Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan aviabazasına İran tərəfindən edilən hücum zamanı on ABŞ hərbçisi xəsarət alıb.
DünyaABŞ-də qatar yük maşını ilə toqquşdu: Ölənlər var
Amerika Birləşmiş Ştatlarının Missisipi ştatında qatarın yük avtomobilinə çırpılması nəticəsində 5 nəfər həyatını itirib.
Dünyaİranın Əbu-Dabiyə raket zərbəsi nəticəsində beş nəfər yaralanıb
İran tərəfindən Əbu-Dabinin əsas sənaye mərkəzi hesab edilən Xəlifə zonasına endirilən raket zərbələri nəticəsində xəsarət alanlar var.