Yağış şimal rayonlarında fəsad törətdi: Xudat və Şabranı su basdı
Cəmiyyət

Yağış şimal rayonlarında fəsad törətdi: Xudat və Şabranı su basdı

İndi
10:00
1 baxış
Paylaş:

İntensiv yağıntılar Azərbaycanın şimal rayonlarında da ciddi fəsadlara səbəb olub.

İntensiv yağıntılar Azərbaycanın şimal rayonlarında da ciddi fəsadlara səbəb olub.

Gundem.today-ın əldə etdiyi məlumata görə, Şabran rayonu və Xudat qəsəbəsində bir sıra əraziləri su basıb.

Xüsusilə yaşayış evlərinin həyətyanı sahələrinə və küçələrə su yığılıb qaldığı bildirilir.

Bəzi yerlərdə suyun səviyyəsi artaraq yolları keçilməz hala salıb, nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.

Sakinlərin sözlərinə görə, intensiv yağıntılar nəticəsində yaranan vəziyyət gündəlik həyatı çətinləşdirib.

Qeyd edək ki, son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq bir sıra bölgələrdə sel və subasma halları qeydə alınır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#intensiv_yağıntılar#güclü_yağış#Şabran_rayonu#Xudat_qəsəbəsi#subasma#daşqın#hava_şəraiti#şimal_rayonları#sel#yollarda_su#Azərbaycan_xəbərləri

Oxşar Xəbərlər