
"Nar" Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub
Sərfəli mobil operator "Nar" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "İmkanlar hər kəs üçün" layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün nəzərdə tutulan təcrübə proqramına ev sahibliyi edir. Proqramın əsas məqsədi iştirakçıların real korporativ iş mühitinə inteqrasiyasını dəstəkləmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və inklüziv əmək mühitini təşviq etməkdir. Layihə Ümumdünya Şəhə
Sərfəli mobil operator "Nar" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "İmkanlar hər kəs üçün" layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün nəzərdə tutulan təcrübə proqramına ev sahibliyi edir. Proqramın əsas məqsədi iştirakçıların real korporativ iş mühitinə inteqrasiyasını dəstəkləmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və inklüziv əmək mühitini təşviq etməkdir. Layihə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində keçirilir.
Qeyd edək ki, aprel ayı ərzində davam edəcək proqramda iştirakçılar "Nar"ın müxtəlif departamentlərində təcrübə keçirlər. Ümumilikdə 30 nəfərdən ibarət iştirakçı qrupu real iş mühiti ilə tanış olur, gündəlik iş proseslərində iştirak edir və praktiki biliklərini inkişaf etdirir.
Xatırladaq ki, "Nar" sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqinə xüsusi önəm verir. Şirkət müxtəlif bacarıqlara və fərqli həyat təcrübələrinə malik şəxslər üçün əlçatan və bərabər imkanlar yaradan iş mühitinin formalaşdırılmasını prioritet hesab edir. Bu cür təşəbbüslərlə mobil operator həm inklüziv korporativ mədəniyyətin inkişafına, həm də cəmiyyətdə mövcud stereotiplərin aradan qaldırılmasına töhfə verməyə davam edir. "Nar"ın həyata keçirdiyi digər sosial layihələr haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək mümkündür.
Hazırda 2.2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"AL Market"lərdə avtomobil qazandıran lotereya
"AL Market"lər şəbəkəsində "Siyəzən Dadlı Toyuq Al Qazan!" adlı stimullaşdırıcı lotereya kampaniyasına start verilib. Kampaniya çərçivəsində alıcılar həm gündəlik alış-verişlərini edə, həm də dəyərli hədiyyələr qazanmaq şansı əldə edə bilərlər.
Digər"Azercell" yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
"Azercell Telekom" MMC "SAP S/4HANA" platformasına əsaslanan genişmiqyaslı transformasiya layihəsini uğurla başa çatdırıb. Bu təşəbbüs şirkətin rəqəmsal inkişaf strategiyasında mühüm mərhələ olmaqla yanaşı şirkətin əməliyyat proseslərinin daha effektiv təşkilinə şərait yaradır.
Digər50%-ə qədər endirim və 30 dəqiqəyə çatdırılma: "Wolt Market" Azərbaycanda təkliflərini gücləndirir
"Wolt" tətbiqində ("iOS", "Android") mövcud olan onlayn supermarket - "Wolt Market" istifadəçilərə ərzaq və gündəlik ehtiyac məhsullarını sürətli şəkildə birbaşa qapılarına çatdırmaq imkanı yaradır. Ənənəvi supermarketlərə rahat alternativ təqdim edir - müştərilər istənilən vaxt, 24/7 fəaliyyət göstərən "Wolt Market"dən sifarişlərini onlayn verir və cəmi 30 dəqiqə ərzində qapılarına çatdırılır.
Digər"Modenis" MMC (eManat) "MPAY" MMC-yə qoşulur
Ölkənin aparıcı ödəniş təşkilatlarından biri olan "Modenis" MMC-nin fəaliyyətində mühüm dəyişiklik həyata keçirilir. Belə ki, fintex sektorunda xidmət keyfiyyətini artırmaq və yeni innovativ həllər təqdim etmək məqsədilə "Modenis" MMC (eManat) "MPAY" MMC-yə qoşulur. Şirkətin bütün hüquq və öhdəlikləri "MPAY" MMC-yə ötürülür.