
"Azercell" yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
"Azercell Telekom" MMC "SAP S/4HANA" platformasına əsaslanan genişmiqyaslı transformasiya layihəsini uğurla başa çatdırıb. Bu təşəbbüs şirkətin rəqəmsal inkişaf strategiyasında mühüm mərhələ olmaqla yanaşı şirkətin əməliyyat proseslərinin daha effektiv təşkilinə şərait yaradır.
"Azercell Telekom" MMC "SAP S/4HANA" platformasına əsaslanan genişmiqyaslı transformasiya layihəsini uğurla başa çatdırıb. Bu təşəbbüs şirkətin rəqəmsal inkişaf strategiyasında mühüm mərhələ olmaqla yanaşı şirkətin əməliyyat proseslərinin daha effektiv təşkilinə şərait yaradır.
"NTT DATA Business Solutions" və "SAP" kimi qlobal texnologiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu transformasiyanın nəticəsində maliyyə, satınalma, logistika və insan resursları üzrə əsas biznes prosesləri vahid platformaya inteqrasiya olunub. Bu yanaşma məlumatların real vaxt rejimində emalını təmin etməklə yanaşı idarəetmədə operativliyi artırır və qərarvermə proseslərinin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir.
Eyni zamanda, "SAP Ariba" platformasının tətbiqi satınalma proseslərində şəffaflığın artırılmasını, təchizat zəncirinin dayanıqlığının gücləndirilməsini və xərclərin daha effektiv idarə olunmasını mümkün edir.
Yeni sistem daxili nəzarət mexanizmlərini və risklərin idarə olunması imkanlarını daha da genişləndirərək şirkət daxilində məlumat əsaslı qərarvermə mədəniyyətinin formalaşmasına töhfə verir.
"SAP S/4HANA" platformasına keçid "Azercell"in dəyişən bazar dinamikalarına daha çevik uyğunlaşmasına, əməliyyat effektivliyini artırmasına və rəqəmsal xidmətlər bazarında uzunmüddətli rəqabət üstünlüyünü möhkəmləndirməsinə xidmət edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"AL Market"lərdə avtomobil qazandıran lotereya
"AL Market"lər şəbəkəsində "Siyəzən Dadlı Toyuq Al Qazan!" adlı stimullaşdırıcı lotereya kampaniyasına start verilib. Kampaniya çərçivəsində alıcılar həm gündəlik alış-verişlərini edə, həm də dəyərli hədiyyələr qazanmaq şansı əldə edə bilərlər.
Digər"Nar" Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub
Sərfəli mobil operator "Nar" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "İmkanlar hər kəs üçün" layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün nəzərdə tutulan təcrübə proqramına ev sahibliyi edir. Proqramın əsas məqsədi iştirakçıların real korporativ iş mühitinə inteqrasiyasını dəstəkləmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və inklüziv əmək mühitini təşviq etməkdir. Layihə Ümumdünya Şəhə
Digər50%-ə qədər endirim və 30 dəqiqəyə çatdırılma: "Wolt Market" Azərbaycanda təkliflərini gücləndirir
"Wolt" tətbiqində ("iOS", "Android") mövcud olan onlayn supermarket - "Wolt Market" istifadəçilərə ərzaq və gündəlik ehtiyac məhsullarını sürətli şəkildə birbaşa qapılarına çatdırmaq imkanı yaradır. Ənənəvi supermarketlərə rahat alternativ təqdim edir - müştərilər istənilən vaxt, 24/7 fəaliyyət göstərən "Wolt Market"dən sifarişlərini onlayn verir və cəmi 30 dəqiqə ərzində qapılarına çatdırılır.
Digər"Modenis" MMC (eManat) "MPAY" MMC-yə qoşulur
Ölkənin aparıcı ödəniş təşkilatlarından biri olan "Modenis" MMC-nin fəaliyyətində mühüm dəyişiklik həyata keçirilir. Belə ki, fintex sektorunda xidmət keyfiyyətini artırmaq və yeni innovativ həllər təqdim etmək məqsədilə "Modenis" MMC (eManat) "MPAY" MMC-yə qoşulur. Şirkətin bütün hüquq və öhdəlikləri "MPAY" MMC-yə ötürülür.