
Naxçıvanda "Mercedes" yük maşınına çırpıldı: Xəsarət alanlar var
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.today-ın məlumatına görə, hadisə Naxçıvan-Sədərək yolunun Duzdağ ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolda hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ilə "Changan" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Xəyal Vahid oğlu Mustafayev, 1964-cü il təvəllüdlü Möhbalı Rəcəb oğlu Rəcəbov və 2000-ci il təvəllüdlü Miradəm Mirdamət oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəYasamalda QƏZA: Avtomobil ana və qızını vurdu - VİDEO
Bakının Yasamal rayonunda ana və qızını avtomobil vurub.
HadisəNaxçıvanda sərxoş kişi avtomobilini yandırdı
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda sərxoş şəxs avtomobilini yandırıb.
HadisəBakıda yaşayış binasında yanğın olub? - RƏSMİ AÇIQLAMA - VİDEO
Paytaxtın Nəsimi rayonu ərazisində - Azadlıq prospekti ilə Səttar Bəhlulzadə küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli binada yanğın hadisəsi baş verməyib. Sözügedən binanın dam örtüyündə təmir işləri aparılır.
HadisəBakıda pariklə dələduzluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO
Bakıda dələduzluq edən zaman tanınmamaq üçün parikdən istifadə edən şəxs saxlanılıb.