Son dəqiqə
"Barselona" hakimlərlə bağlı UEFA-ya şikayət edibİranın hücumları Səudiyyə Ərəbistanının hasilat gücünü azaldıbBazarda təkərlərin istehsal ili saxtalaşdırılaraq təzə kimi satılır - XƏBƏRDARLIQ - VİDEOLivana zərbələr nəticəsində ölənlərin sayı 303-ə çatıbKürdəmirdə magistral su boru kəməri partlayıb, səkkiz mindən çox abonent susuz qalıbAzərbaycanın tətbiq etdiyi model dünya orduları tərəfindən öyrənilir - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi
Siyasət

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi

Dünən
13:32
2 baxış
Paylaş:

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə yeni səlahiyyət verilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə yeni səlahiyyət verilib.

Gundem.today President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"na edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək. İndiyə qədər bu səlahiyyət sadəcə Nazirlər Kabinetində idi.

Kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının bir-biri arasında dəyişdirilməsi halları istisna olmaqla, kateqoriya daxilində torpaqların məqsədli təyinatının dəyişdirilməsi Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək.

Həmçinin, fərmana görə, 2026-ci il yanvarın 1-dək edilən müraciətlər əsasında istismarına icazə verilmiş qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin yerləşdiyi torpaqların kateqoriyasının dəyişdirilməsi həmin Fərmana uyğun olaraq həyata keçiriləcək. İndiyə qədər bu müddət 2025-ci il yanvarın 1-dək nəzərdə tutulmuşdu.

Həmin Fərmanla müəyyən edilmiş qaydada təqdim edilən vəsatət və ona əlavə olunan istismarına icazə verilmiş qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin yer quruluşu planı əsasında torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə qərar qəbul edilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#İlham_Əliyev#Naxçıvanın_Nazirlər_Kabineti

Oxşar Xəbərlər

Azərbaycanın tətbiq etdiyi model dünya orduları tərəfindən öyrənilir - VİDEOSiyasət

Azərbaycanın tətbiq etdiyi model dünya orduları tərəfindən öyrənilir - VİDEO

Müasir müharibələrin xarakteri köklü şəkildə dəyişib. Artıq döyüş meydanında üstünlük tank və canlı qüvvədən çox, texnologiyanın səviyyəsi ilə müəyyən olunur. Bu dəyişimin mərkəzində isə pilotsuz uçuş aparatları, yəni dronlar dayanır.

Bu gün
00:180
Yaxın Şərqdəki savaşdan çıxarılmalı olan dərslər - ABŞ, İran və İsrailin kritik gedişləri - VİDEOSiyasət

Yaxın Şərqdəki savaşdan çıxarılmalı olan dərslər - ABŞ, İran və İsrailin kritik gedişləri - VİDEO

Pakistan görüşü ərəfəsində ABŞ və İran arasında danışıqlar başlasa da, tərəflərin mövqelərindən hələ də müharibənin barıt qoxusu hiss olunur və atəşkəsin kövrək olduğu görünür.

Bu gün
23:120
İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu: "Fərdlər gedir, amma sistem qalır"Siyasət

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu: "Fərdlər gedir, amma sistem qalır"

İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu APA-ya müsahibə verib.

Bu gün
20:281
Hikmət Hacıyev "Euronews"un Bakıda keçiriləcək WUF13 ilə bağlı materialına diqqət çəkdi - VİDEOSiyasət

Hikmət Hacıyev "Euronews"un Bakıda keçiriləcək WUF13 ilə bağlı materialına diqqət çəkdi - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) tədbiri ilə bağlı paylaşım edib.

Bu gün
19:121