
ABŞ-İsrail və İran qarşıdurması nə qədər davam edəcək? - Rubio açıqladı
ABŞ dövlət katibi Marko Rubio martın 27-də Fransada baş tutan G7 ölkələrinin xarici işlər nazirlərinin iclasında İranla davam edən toqquşmaların daha iki-dörd həftə arası çəkəcəyini vurğulayıb.
ABŞ dövlət katibi Marko Rubio martın 27-də Fransada baş tutan G7 ölkələrinin xarici işlər nazirlərinin iclasında İranla davam edən toqquşmaların daha iki-dörd həftə arası çəkəcəyini vurğulayıb.
Gundem.today xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Rubio həmçinin bildirib ki, Vaşinqton Tehranla əsaslı danışıqlar prosesinə başlamaq ərəfəsindədir. O qeyd edib ki, hazırkı mərhələdə ABŞ tərəfi İranla əlaqələri birbaşa təmasda deyil, vasitəçilərin köməyi ilə qurur.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBƏƏ-də İranın zərbələri nəticəsində ölənlərin sayı artıb - FOTO
Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) İranın zərbələri nəticəsində ölənlərin sayı 178-ə çatıb.
DünyaMahaçqalada güclü yağışın dəhşətli fəsadları: Küçədə qadını su apardı - VİDEO
Rusiyanın Mahaçqala şəhərində güclü yağışlardan sonra baş verən sel faciəyə səbəb olub.
DünyaSEPAH Dubayda Ukraynaya məxsus antidron sistemləri anbarını vurub
"İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Dubay ərazisində Ukraynaya aid antidron sistemləri anbarını darmadağın edib".
DünyaTUSAŞ-ın baş direktoru: "HÜRKUŞ"un Azərbaycana ixracı üçün danışıqların son mərhələsindəyik" - ÖZƏL
"Türkiyə və Azərbaycan sadəcə məhsul tədarük edən və satın alan iki ölkə deyil, birlikdə təkmilləşdirmə aparan, istehsal edən, regional təhlükəsizliyə birlikdə istiqamət verən strateji tərəfdaşlardır".