
Parisdə bələdiyyə binasına hücum edildi - SEÇKİSONRASI TƏXRİBAT?
Parisin cənub hissəsində yerləşən Fren (Fresnes) kommunasında bir qrup naməlum şəxs bələdiyyə binasına basqın edərək otaqları darmadağın edib.
Parisin cənub hissəsində yerləşən Fren (Fresnes) kommunasında bir qrup naməlum şəxs bələdiyyə binasına basqın edərək otaqları darmadağın edib.
Gundem.today xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Xəbərə əsasən, insidentdə üzlərini maska ilə gizlədən 20-yə yaxın adam iştirak edib.
Basqınçılar əvvəlcə meriya binasına pirotexniki vasitələr atıb, daha sonra əsas qapını qıraraq içəri daxil olublar, mebelləri sındıraraq bir neçə otağı bərbad hala salıblar.
Qeyd olunur ki, otaqlardan hər hansı sənəd və ya qiymətli əşya oğurlanmayıb.
Təxribatçılar ərazidən uzaqlaşarkən yaxınlıqdakı sürücülük məktəbinin şüşəsini sındıraraq oradan bir skuter oğurlayıblar.
Media qurumlarının yaydığı məlumata görə, ölkədə bu yaxınlarda baş tutan bələdiyyə seçkiləri nəticəsində həmin kommunanın sabiq meri, solçu partiyanın təmsilçisi Mari Çavanon sağçı Respublikaçılar partiyasından olan rəqibi Kristof Karlyerə məğlub olub. Karlyerin martın 28-də təşkil olunacaq bələdiyyə şurasının iclası zamanı rəsmən mer postuna təsdiq edilməsi planlaşdırılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMahaçqalada güclü yağışın dəhşətli fəsadları: Küçədə qadını su apardı - VİDEO
Rusiyanın Mahaçqala şəhərində güclü yağışlardan sonra baş verən sel faciəyə səbəb olub.
DünyaSEPAH Dubayda Ukraynaya məxsus antidron sistemləri anbarını vurub
"İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Dubay ərazisində Ukraynaya aid antidron sistemləri anbarını darmadağın edib".
DünyaTUSAŞ-ın baş direktoru: "HÜRKUŞ"un Azərbaycana ixracı üçün danışıqların son mərhələsindəyik" - ÖZƏL
"Türkiyə və Azərbaycan sadəcə məhsul tədarük edən və satın alan iki ölkə deyil, birlikdə təkmilləşdirmə aparan, istehsal edən, regional təhlükəsizliyə birlikdə istiqamət verən strateji tərəfdaşlardır".
DünyaABŞ-İsrail və İran qarşıdurması nə qədər davam edəcək? - Rubio açıqladı
ABŞ dövlət katibi Marko Rubio martın 27-də Fransada baş tutan G7 ölkələrinin xarici işlər nazirlərinin iclasında İranla davam edən toqquşmaların daha iki-dörd həftə arası çəkəcəyini vurğulayıb.