
Nərimanovda avtomobillərdən oğurluğun ANBAAN GÖRÜNTÜLƏRİ
Nərimanovda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.
Nərimanovda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.
Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonunda bir nəfərə məxsus "Changan" markalı avtomobilin şüşəsinin sındırılaraq nəqliyyat vasitəsindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı Qabil Kərimov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı onun paytaxt ərazisində daha 2 avtomobildən ümumilikdə 580 manat, qol saatı və boyunbağı oğurladığı da müəyyən olunub.
Qeyd edək ki, Q.Kərimovun etdiyi əməllər təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb
Faktlarla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalÖlkəyə qanunsuz olaraq narkotik maddələr gətirən İran vətəndaşı saxlanılıb - FOTO - VİDEO
Ağcabədidə ölkəyə qanunsuz olaraq narkotik maddələr gətirən İran vətəndaşı saxlanılıb.
Kriminalİrandan Azərbaycana 51 kq-dan artıq narkotik keçirmək istədilər - FOTO
İrandan Azərbaycana 51 kiloqramdan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
KriminalGöyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub - FOTO - VİDEO
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 34 yaşlı Teymur Həmidov saxlanılıb.
KriminalYasamalda üç nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı
Yasamaldakı çoxmərtəbəli binada üç nəfərin ölümü ilə bağlı saxlanılan "Loft Dent" klinikasının direktoru Bəhruz Paşayev yenidən hakim qarşısına çıxarılıb.