Ölkəyə qanunsuz olaraq narkotik maddələr gətirən İran vətəndaşı saxlanılıb - FOTO - VİDEO
Kriminal

Ölkəyə qanunsuz olaraq narkotik maddələr gətirən İran vətəndaşı saxlanılıb - FOTO - VİDEO

İndi
13:28
0 baxış
Paylaş:

Ağcabədidə ölkəyə qanunsuz olaraq narkotik maddələr gətirən İran vətəndaşı saxlanılıb.

Ağcabədidə ölkəyə qanunsuz olaraq narkotik maddələr gətirən İran vətəndaşı saxlanılıb.

Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirib. Əməliyyat zamanı İran vətəndaşı Mohammad Mosazadeh və Rəşad Əlifov Ağcabədi rayonu Aşağı Avşar kəndi ərazisində saxlanılıblar. Onlardan 2 kiloqram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Araşdırma zamanı M.Mosazadehin narkotikləri idarə etdiyi yük maşınının gizli saxlanc yerində qanunsuz olaraq ölkə ərazisinə gətirdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Daxili_İşlər_Nazirliyi_(DİN)#Ağcabədi_Rayon_Polis_Şöbəsi#Narkotik_vasitələrin_qanunsuz_dövriyyəsi

Oxşar Xəbərlər