
Şimali Koreya Yapon dənizinə doğru ballistik raketlər atdı
Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxıb.
Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxıb.
Gundem.today xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Komitəsinə istinadən məlumat yayıb.
Məlumata görə, raketlər yerli vaxtla təxminən saat 8:50-də (Bakı vaxtı ilə 3:50 - red.) Vonsan rayonundan buraxılıb. Bu, ilin əvvəlindən Şimali Koreyanın dördüncü raket buraxılışıdır.
"Yonhap" agentliyi Cənubi Koreya rəsmilərinə istinadən xəbər vermişdi ki, aprelin 7-də Şimali Koreya raket sınaqları keçirib.
Qeyd edək ki, aprelin 6-da Cənubi Koreya Prezidenti Li Ce Myonq ölkəsindən fərdi şəxslər tərəfindən Şimali Koreyaya doğru dronlar buraxıldığına görə Şimali Koreyadan üzr istəyib. Şimali Koreya lideri Kim Çen In isə bunu "alicənab bir insanın hərəkəti" hesab edib.
Aprelin 7-də Cənubi Koreyanın Birləşmə Nazirliyində belə reaksiyanı ikitərəfli münasibətlərdə "irəliləyiş" kimi qiymətləndiriblər. Sonradan Şimali Koreyanın Xarici İşlər Nazirliyi bu şərhə belə cavab verib:
"Cənubi Koreyanın Şimali Koreya üçün ən düşmən dövlət kimi mahiyyəti dəyişdirilə bilməz".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaYaxın Şərqdə müharibədə ölən və yaralananların SAYI AÇIQLANDI - FOTO
ABŞ-İsrail və İran münaqişəsi başlayandan aprelin 7-ə qədər olan müddətdə bölgədə həlak olanların və yaralananların sayı açıqlanıb.
DünyaKİV: İran Hörmüz boğazından milyardlarla dollar gəlir əldə edəcək
"Ehtimal olunur ki, gəmilərin Hörmüz boğazından keçməsi üçün 2 milyon dollar rüsum tətbiq edilərsə, İranın bu istiqamətdən illik gəlirləri ən azı 64 milyard dollara çata bilər".
DünyaKolumbiyada eyni avtobus ikinci dəfə ağır qəzaya düşdü: Altı nəfər öldü, xeyli yaralı var
Kolumbiyanın İbaqe şəhərində avtobusun aşması nəticəsində altı nəfər ölüb, azı 22 nəfər yaralanıb.
Dünyaİsrailin Livanın cənubuna hücumu nəticəsində dörd nəfər həlak olub
İsrail qüvvələrinin Livanın cənubunda həyata keçirdiyi hava hücumu nəticəsində dörd nəfər qətlə yetirilib.