
"Qarabağ" dörd il əvvəlki rekordunu yenilədi
Misli Premyer Liqasının XXVI turunun "Qarabağ" - "Karvan-Yevlax" matçında son 4 mövsümün ən böyükhesablı nəticəsi qeydə alınıb.
Misli Premyer Liqasının XXVI turunun "Qarabağ" - "Karvan-Yevlax" matçında son 4 mövsümün ən böyükhesablı nəticəsi qeydə alınıb.
Gundem.today Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Ağdam klubu ev matçında 7:0 hesablı qələbə qazanıb.
Bu, təkcə cari mövsümün deyil, son 4 çempionatda qeydə alınan ən böyük fərqdir. Sonuncu dəfə daha böyük fərqlə qələbə 2021/2022 mövsümünə təsadüf edib. 1452 gün, təxminən 4 il əvvəl - 2022-ci il aprelin 15-də "Qarabağ" "Şamaxı"nı 8 cavabsız qolla məğlub edib.
Qeyd edək ki, turnirin tarixində 47-ci dəfə bir komanda rəqibini 7 və ya daha çox top fərqi ilə məğlub edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanTürkiyə futbolunda Mirça Luçeskunun xatirəsi anılacaq
Aprelin 8-dən 13-dək Türkiyə stadionları "Beşiktaş" və "Qalatasaray"ın sabiq baş məşqçisi Mirça Luçeskunun xatirəsinə hörmət əlaməti olaraq sükuta qərq olacaq. Belə ki, qeyd olunan tarixlərdə ölkədə baş tutacaq bütün qarşılaşmalarda mərhum mütəxəssis yad ediləcək.
İdman"Araz-Naxçıvan"ın legioneri yubiley qolunu vurub
"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos Misli Premyer Liqasında 25-ci qolunu vurub.
İdmanAzərbaycan velosipedçisi Qazaxıstanda bürünc medal qazandı - FOTO
Azərbaycan velosipedçisi Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb.
İdmanAğdam klubunda qərar vaxtı: Afrikalı gənclər "Qarabağ"da qalacaqlar?
"Qarabağ" klubunun U-19 komandasında baxışda olan nigeriyalı futbolçular Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetoro ölkələrinə qayıdırlar.