"Qarabağ"dan azarkeşləri üçün növbəti böyük jest
İdman

"Qarabağ"dan azarkeşləri üçün növbəti böyük jest

İndi
18:48
1 baxış
Paylaş:

"Qarabağ" klubu Bizon Azərbaycan Kuboku çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" qarşılaşması ilə bağlı daha bir jest edib.

"Qarabağ" klubu Bizon Azərbaycan Kuboku çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" qarşılaşması ilə bağlı daha bir jest edib.

Gundem.today xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bəzi azarkeş kateqoriyaları üçün xüsusi güzəştlər tətbiq olunacaq. Belə ki, 15 yaşınadək uşaqlar valideynləri ilə birlikdə stadiona gəldikləri halda ödənişsiz daxil ola biləcəklər.

Uşaqların və onlarla stadiona gələcək valideynlərin, eləcə də xanımların biletləri mütləq şəkildə oyun günü kassalardan əldə olunmalıdır. Biletsiz giriş mümkün deyil.

Xatırladaq ki, qarşılaşmada tribunadan komandaya dəstək olmaq istəyən qadınlar da stadiona heç bir ödəniş etmədən daxil ola biləcəklər.

Qeyd edək ki, "Sabah"la baş tutacaq oyun aprelin 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Qarabağ_FK#Sabah_FK#Bizon_Azərbaycan_Kuboku#futbol#biletlər#pulsuz_giriş#Tofiq_Bəhramov_adına_Respublika_Stadionu#azarkeşlər#qadınlar_üçün_pulsuz_bilet#uşaqlar_üçün_güzəşt.

Oxşar Xəbərlər