"Qarabağ"ın tanınmış azarkeşi Zəfər Hacılı vəfat etdi - Son paylaşımı diqqət çəkir - FOTO
Cəmiyyət

"Qarabağ"ın tanınmış azarkeşi Zəfər Hacılı vəfat etdi - Son paylaşımı diqqət çəkir - FOTO

İndi
01:40
1 baxış
Paylaş:

"Qarabağ" futbol klubunun tanınmış azarkeşi və sosial şəbəkə fəalı Zəfər Hacılı vəfat edib.

"Qarabağ" futbol klubunun tanınmış azarkeşi və sosial şəbəkə fəalı Zəfər Hacılı vəfat edib.

Gundem.today xəbər verir ki, o, ölümündən cəmi üç gün əvvəl sosial şəbəkə hesabında səhhətinin ağır olması ilə bağlı paylaşım edib.

Həmin paylaşımda Z.Hacılı bildirib ki, nəfəs darlığı, boğulma və güclü öskürək səbəbi ilə təcili tibbi yardıma müraciət edib.

Vəziyyətinin ağır olduğunu, normal nəfəs ala bilmədiyini qeyd edib.

Yazdığına görə, təcili tibbi yardım gəlib, saturasiyanı ölçüblər və çox aşağı çıxıb. Lakin xəstəxanaya aparmayıblar. Ona bildirilib ki, qızdırma yüksək deyilsə, xəstəxana onu qəbul etməyəcək və geri qaytaracaq.

Paylaşımında bu məsələ ilə bağlı ciddi araşdırma tələb etdiyini vurğulayıb.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Ölüm_hadisəsi#Təcili_Tibbi_Yardım

Oxşar Xəbərlər