Sayğaca yüklənən pul "yoxa çıxır"? - "Azərişıq"dan abonentlərə cavab - VİDEO
Cəmiyyət

Sayğaca yüklənən pul "yoxa çıxır"? - "Azərişıq"dan abonentlərə cavab - VİDEO

İndi
01:08
1 baxış
Paylaş:

Gəncədə və ölkənin müxtəlif bölgələrində elektrik sayğaclarına yüklənən vəsaitin tam oturmaması və balansdan əlavə məbləğlərin çıxılması sakinlərin narazılığına səbəb olub. Vətəndaşlar iddia edirlər ki, karta yüklədikləri məbləğlə sayğacda görünən vəsait arasında uyğunsuzluq yaranır.

Gundem.today ATV-yə istinadla xəbər verir ki, şikayətçilərin sözlərinə görə, əvvəlcədən ödənişli (smart) sayğac istifadə etmələrinə baxmayaraq, hər dəfə balans artırılarkən müəyyən məbləğ tutulur:

"10 manat yükləyirik, 2-3 manat dərhal silinir. Qaynar xəttə müraciət edəndə borc olduğunu deyirlər. Amma biz anlamırıq ki, əvvəlcədən ödənişli sistemdə borc necə yarana bilər?"

Bəzi abonentlər isə işıq sönərkən götürdükləri kreditin ödənişindən sonra da əlavə tutulmaların davam etdiyini bildirirlər.

Məsələ ilə bağlı "Azərişıq" ASC-dən bildirilib ki, tutulmaların əsas səbəbi 2026-cı ilin yanvarından etibarən tətbiq edilən sabit tariflərlə bağlıdır. Qurumun məlumatına görə, proqram təminatındakı təkmilləşdirmələr səbəbindən yanvar ayının sabit tarif ödənişi fevral hesabatı ilə üst-üstə düşüb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Azərişıq_ASC#Elektrik_enerjisi#Sakin_şikayəti

Oxşar Xəbərlər