
Rasim Balayevin qardaşı: "Müalicəyə getmək istəmirdi"
"Sonuncu dəfə Türkiyəyə getməmişdən əvvəl evində gördüm, görüşdük. Müalicəyə getmək istəmirdi. Sonradan vəziyyəti kritik oldu, razılaşdı getməyə".
"Sonuncu dəfə Türkiyəyə getməmişdən əvvəl evində gördüm, görüşdük. Müalicəyə getmək istəmirdi. Sonradan vəziyyəti kritik oldu, razılaşdı getməyə".
Bu fikirləri Gundem.today-a açıqlamasında mərhum Xalq artisti Rasim Balayevin qardaşı Rasəddin Balayev deyib.
O qeyd edib ki, böyük ümidlə Rasim Balayevin yolunu gözləyirdilər:
"Bədən zəifləmişdi, ona görə də qarşısını ala bilmədik. Böyük itkidir. Tək bizim yox, xalqın itkisidir".
Qeyd edək ki, Rasim Balayev İstanbulda yerləşən "Memorial" xəstəxanasında 77 yaşında dünyasını dəyişib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətBaba Vəziroğlu: "Rasim Balayevin ölümü mənim şəxsi faciəmdir"
"Rasim Balayevin ölümü mənim şəxsi faciəmdir".
MədəniyyətRamiz Rövşən: "Rasim Balayev istedadı və şəxsiyyəti bir-birini tamamlayan insanlardan idi" - VİDEO
"Azərbaycan mədəniyyəti üçün bu, çox böyük itkidir. Rasim Balayev istedadı və şəxsiyyəti bir-birini tamamlayan insanlardan idi".
MədəniyyətŞeyx Əbdül: "Azərbaycan xalqının böyük bir kino mərhələsini axirət dünyasına yola salırıq" - VİDEO
"Azərbaycan xalqının böyük bir kino mərhələsini axirət dünyasına yola salırıq. Ora da bir az zənginləşsin".
MədəniyyətHacı İsmayılov: "Rasim Balayev xəstəliyini bildirmədi, axıra qədər sınmadı"
"Rasim Balayev çox nikbin insan idi. Hətta bir dəfə ondan soruşmuşdular ki, ölüm haqqında nə deyə bilər, cavab vermişdi ki, bir gün yaranan, bir gün də ölməlidir, amma əsas odur ki, yaşadığın müddət ərzində nələrsə edəsən, özündən sonra iz qoyasan ki, bir gün bu dünyadan köçəndə rəhmət qazanasan."