
"Real"ın paltardəyişmə otağında dava: Valverde yaddaşını itirdi
Madridin "Real" klubunun yarımmüdafiəçisi və kapitanı Federiko Valverde komanda yoldaşı Orelyen Çuameni ilə davası zamanı aldığı zərbədən sonra yaddaşını itirib. İnsident zamanı uruqvaylı futbolçu yıxılıb, başı stola çırpılıb. Hadisə "kral klubu"nun paltardəyişmə otağında qeydə alınıb.
Madridin "Real" klubunun yarımmüdafiəçisi və kapitanı Federiko Valverde komanda yoldaşı Orelyen Çuameni ilə davası zamanı aldığı zərbədən sonra yaddaşını itirib. İnsident zamanı uruqvaylı futbolçu yıxılıb, başı stola çırpılıb. Hadisə "kral klubu"nun paltardəyişmə otağında qeydə alınıb.
Gundem.today "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, Valverdenin yaddaşı tamamilə itməsə də, o, müəyyən məqamları unudub. Bununla əlaqədar olaraq futbolçu kompüter tomoqrafiyası (KT) müayinəsindən keçirilib.
Məlumata görə, Valverde və Çuameni arasındakı münaqişə ötən gün keçirilən məşq zamanı söz atışması ilə başlayıb. Mayın 7-də isə tərəflər arasındakı gərginlik paltardəyişmə otağında əlbəyaxa davaya çevrilib.
Jurnalist Abraham Romeronun "X" sosial şəbəkəsində paylaşdığı məlumata əsasən, Valverde İspaniya çempionatının 35-cu turu çərçivəsində mayın 10-da keçiriləcək "Barselona" ilə qarşılaşmanı (El-Klasiko) buraxmalı olacaq. Həkimlər başından zərbə alan uruqvaylı oyunçuya ən azı bir həftə məşqlərdən uzaq durmağı və meydana çıxmamağı məsləhət görüblər.
"Real Madrid"in yarımmüdafiəçiləri Orelen Çuameni və Federiko Valverde komandanın bugünkü məşqində əlbəyaxa dava ediblər.
Gundem.today xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.
Ötən gün yayılan xəbərlərdə futbolçuların məşq zamanı az qala dava edəcəkləri bildirilmişdi. Qeyd olunub ki, oyun epizodlarından birində qayda pozuntusundan sonra fransalı və uruqvaylı yarımmüdafiəçilər bir-birini itələməyə başlayıblar. Tərəflər arasındakı mübahisə paltardəyişmə otağında da davam edib.
"Marca"nın məlumatına görə, bu gün futbolçular arasında yeni insident yaşanıb. Hadisə klub daxilində təcili iclasın keçirilməsinə və rəhbərliyin cəza tədbirləri məsələsini nəzərdən keçirməsinə səbəb olub.
Komandanın bir neçə üzvü yeni qarşıdurmanı çox ciddi adlandırıb. Bildirilir ki, dava ilk andan kəskin xarakter alıb və digər futbolçuların müdaxiləsini tələb edib. Nəticədə Federiko Valverde xəstəxanaya yerləşdirilib. Mənbələrin iddiasına görə, son qarşıdurma ötən gün baş verən insidentdən daha ağır olub.
Paltardəyişmə otağında təcili iclas davadan dərhal sonra keçirilib. Heç bir futbolçu məşq bazasını tərk etməyib. Əsas məqsəd yaranmış problemləri aradan qaldırmaq və klub rəhbərliyində ciddi narahatlıq yaradan gərginliyin daha da böyüməsinin qarşısını almaq olub.
Hazırda "Real Madrid"də atmosferin son dərəcə gərgin olduğu bildirilir. Komandada əsəbilik və daxili parçalanmanın hökm sürdüyü, vəziyyətin isə hələ də həllindən uzaq olduğu vurğulanır.
Qeyd edək ki, 27 yaşlı Federiko Valverde 2018-ci ildən Madrid klubunun formasını geyinir. O, cari mövsümdə müxtəlif turnirlərdə 48 oyunda meydana çıxıb, 9 qol vurub və 13 məhsuldar ötürmə edib.
26 yaşlı Orelen Çuameni isə 2022-ci ildən "Real Madrid"də çıxış edir. Fransalı yarımmüdafiəçi bu mövsüm 46 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"El Klasiko" öncəsi "Real"da intizam böhranı: Valverde və Tçuameni heyətdən kənarlaşdırıla bilər
"Bu gün səhər saatlarında əsas komandanın təlim-məşq toplanışında qeydə alınan insidentlə əlaqədar oyunçularımız Federiko Valverde və Orelyen Tçuameniyə qarşı intizam icraatının başladılmasına qərar verilib".
İdmanFIFA və "Panini" arasındakı 50 illik əməkdaşlıq başa çatır
Beynəlxalq Futbol Federasiyası (FIFA) ilə futbol stikerləri istehsalçısı olan "Panini" şirkəti arasında əməkdaşlığa 2030-cu il dünya çempionatından sonra son qoyulacaq.
İdmanRumıniyalı Olimpiya medalçısı üçün üzücü xəbər: Yarışlardan kənarlaşdırıldı
2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarının bürünc medalçısı, rumıniyalı gimnast Ana-Mariya Berbosu yarışlardan müvəqqəti olaraq kənarlaşdırılıb. Buna səbəb idmançının 12 ay ərzində üç dəfə antidopinq qaydalarını pozması olub.
İdman"Real"ın paltardəyişmə otağında şok dava: Valverde yaddaşını itirdi
Madridin "Real" klubunun yarımmüdafiəçisi və kapitanı Federiko Valverde komanda yoldaşı Orelyen Çuameni ilə davası zamanı aldığı zərbədən sonra yaddaşını itirib. İnsident zamanı uruqvaylı futbolçu yıxılaraq başını stola çırpıb. Hadisə "kral klubu"nun paltardəyişmə otağında qeydə alınıb.