
Restoranda tanışını bıçaqlayan şəxsin məhkəməsi keçirilib
Bakıda restoranda tanışını bıçaqlamaqda təqsirləndirilən Namiq Şirinlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Bakıda restoranda tanışını bıçaqlamaqda təqsirləndirilən Namiq Şirinlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.
İstintaqla müəyyən edilib ki, hadisə 2025-ci il sentyabrın 25-də saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən restoranda baş verib.
Namiq Şirinli restoranda olan insanların gözü qarşısında digər masada müştəri qismində əyləşmiş Babək və Asəf Qazıyev qardaşlarına yaxınlaşıb pul tələb edib.
Onlar isə imtina etdikdə tərəflər arasında mübahisə yaranıb və məsələni aydınlaşdırmaq üçün restoranın həyətinə çıxıblar.
Namiq Şirinli xuliqanlıq niyyəti ilə bıçaqla Babək Qazıyevin qarın nahiyəsinə zərbə vurub.
Təqsirləndirilən Namiq Şirinli isə ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilməyib.
Məhkəmənin növbəti iclası mayın 5-nə təyin edilib.
Qeyd edək ki, Namiq Şirinliyə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalSaxta generalın azyaşlıya işgəncə verən oğlu və sevgilisi ilə barədə QƏRAR verildi - FOTO
Bakıda əvvəllər özünü "general-mayor" kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Ələkbərovun oğlu Ayxan Ələkbərli və Mereuta Nina Fyodorovna yenidən hakim qarşısına çıxarılıblar.
Kriminalİki milyon manat dələduzluq işində zərərçəkən: "Ona deməmişəm ki, sənə nə qədər cərimə gəlsə, onun yarısı mənlikdir"
Bakıda vətəndaşlara qarşı iki milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Cahangir Qəmbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
KriminalSabunçuda qadın evdən doqquz min manat oğurlayıb
Bakı və Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar.
KriminalMüdafiə Nazirliyinin sabiq rəisinin aldığı RÜŞVƏTİN MƏBLƏĞİ məlum oldu
Mərkəzi hərbi həkim komissiyasının keçmiş rəisi mayor Rasim Həsənovun hərbi qulluqçulara saxta rəy verərək rüşvət alması ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb. Toplanmış materiallar məhkəməyə göndərilib.