Son dəqiqə
Qazaxıstan öz hava məkanından Türkiyə hərbi təyyarələrinin keçidinə icazə verəcək"AL Market"lərdə avtomobil qazandıran lotereyaRauf Xəlilov növbəti dörd il üçün yenidən federasiya prezidenti seçildiİki sərhəd-keçid məntəqəsinin təmirinə 17 milyona yaxın pul xərclənəcəkBakıda və Abşeronda KÜLƏK GÜCLƏNƏCƏKOlimpiya mükafatçılarımızın medalları dəyişdirilir
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. İki milyon manat dələduzluq işində zərərçəkən: "Ona deməmişəm ki, sənə nə qədər cərimə gəlsə, onun yarısı mənlikdir"
İki milyon manat dələduzluq işində zərərçəkən: "Ona deməmişəm ki, sənə nə qədər cərimə gəlsə, onun yarısı mənlikdir"
Kriminal

İki milyon manat dələduzluq işində zərərçəkən: "Ona deməmişəm ki, sənə nə qədər cərimə gəlsə, onun yarısı mənlikdir"

Bu gün
16:24
0 baxış
Paylaş:

Bakıda vətəndaşlara qarşı iki milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Cahangir Qəmbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bakıda vətəndaşlara qarşı iki milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Cahangir Qəmbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş iş adamı Əhməd Mütəllimov dindirilib.

O, təqsirləndirilən şəxsin suallarını cavablandırıb:

"Cahangir Qəmbərovun 497 min dollar cərimələndiyi ilə bağlı informasiyadan məlumatım yoxdur. Mən ona deməmişəm ki, sənə nə qədər cərimə gəlsə, onun yarısı mənlikdir. Ona cərimənin gəlməsinə səbəb sifariş edilən malların gəlməməsi olub. Cahangir Qəmbərova cərimə təkcə bir dəfəyə gəlməyib. Mən ona mal vermişəm, iş görmüşük. İrandan və Türkiyədən mal yollamışam. Amma ortada nə mal var, nə də pul. Şənlik Şükürovla mənim işbirliyim olub. "Master Makina" adlı şirkətimiz olub. Amma təqsirləndirilən şəxs onu tanımır. Tanımadığı halda ona necə mal yollaya bilər?"

Təqsirləndirilən şəxs Cahangir Qəmbərov isə bildirib ki, bütün pullar Şənlik Şükürovun hesabındadır.

Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin edilib.

Xatırladaq ki, ittihamda bildirilir ki, Cahangir Qəmbərov müxtəlif vaxtlarda paytaxt sakinləri - fərdi sahibkarlıqla məşğul olan Əhməd Mütəllimov, Tamerlan Rəşidov, Hacıbala Məlikov və Liliya Muxiyevanın etibarından sui-istifadə edərək müxtəlif şərti biznes qurmaq adı ilə aldadaraq onların iki milyon manatadək pullarını mənimsəyib.

Qeyd edək ki, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Elgün Həsənli

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Dələduzluq_cinayəti#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi

Oxşar Xəbərlər

Sabunçuda qadın evdən doqquz min manat oğurlayıbKriminal

Sabunçuda qadın evdən doqquz min manat oğurlayıb

Bakı və Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar.

Bu gün
15:561
Müdafiə Nazirliyinin sabiq rəisinin aldığı RÜŞVƏTİN MƏBLƏĞİ məlum olduKriminal

Müdafiə Nazirliyinin sabiq rəisinin aldığı RÜŞVƏTİN MƏBLƏĞİ məlum oldu

Mərkəzi hərbi həkim komissiyasının keçmiş rəisi mayor Rasim Həsənovun hərbi qulluqçulara saxta rəy verərək rüşvət alması ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb. Toplanmış materiallar məhkəməyə göndərilib.

Bu gün
14:281
Tanınmış müğənninin anası qızının ölümünə səbəb olan sürücünü bağışladıKriminal

Tanınmış müğənninin anası qızının ölümünə səbəb olan sürücünü bağışladı

Ötən il Bakıda Dövlət Bayrağı Meydanı yaxınlığında tanınmış müğənni Vlada Axundovanın ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

Bu gün
13:563
İş yoldaşını "işverən" sözünə görə bıçaqlayan şəxsin CƏZASI BƏLLİ OLDUKriminal

İş yoldaşını "işverən" sözünə görə bıçaqlayan şəxsin CƏZASI BƏLLİ OLDU

İş yoldaşını ona "işverən" deməsinə görə bıçaqlamaqda təqsirləndirilən Röyal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün
13:441