
Rusiyalı ekspert dünyada ən nadir metalın adını çəkdi
"Süni yolla sintez edilən kalifornium dünyada ən nadir metaldır".
"Süni yolla sintez edilən kalifornium dünyada ən nadir metaldır".
Gundem.today "RIA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə rusiyalı ekspert Yevgeni Vişnevski bildirib.
"Əgər bütün metalları, o cümlədən insan tərəfindən sintez edilənləri nəzərdən keçirsək, nadirlik üzrə mütləq rekordçu kaliforniumdur. Əgər yerin dərinliklərindən çıxarıla bilən təbii, sabit metallardan danışsaq, birincilik osmiuma məxsusdur", - deyə Y.Vişnevski vurğulayıb.
Ekspert izah edib ki, kalifornium yalnız Rusiyada və ABŞ-də yerləşən nüvə reaktorlarında süni şəkildə sintez olunur və şüa terapiyasında, həmçinin metalların tədqiqində geniş istifadə edilir.
O qeyd edib ki, bu metalın əldə edilməsi son dərəcə mürəkkəb və yüksək texnoloji proses olduğuna görə çox kiçik miqdarlarda ölçülür. Mütəxəssisin sözlərinə görə, kaliforniumun qiyməti bir qram üçün onmilyonlarla dollara çata bilər.
Y.Vişnevski əlavə edib ki, ən nadir təbii metal olan osmium Cənubi Afrika Respublikası, Rusiya, ABŞ, Kanada və Qazaxıstanda platin, nikel və mis filizlərinin tərkibində çox kiçik miqdarlarda əldə olunur.
Osmium və onun ərintiləri reaktiv mühərriklərin hissələrinin, qələm uclarının, vinil pleyer iynələrinin və cərrahi alətlərin hazırlanmasında istifadə edilir. Ekspert qeyd edib ki, bu metalın qiyməti təmizliyindən və izotopundan asılı olaraq bir qram üçün 1 500-10 000 dollar arasında dəyişə bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaŞok statistika: Gənclərin 30 faizi unutqanlıqdan əziyyət çəkir
"25-35 yaş arası insanların 30 faizə qədəri mütəmadi olaraq unutqanlıq və diqqətin zəifləməsi ilə üzləşir".
DünyaBricit Makron Yelisey sarayındakı həyatın çətinliklərindən danışıb
Fransanın birinci xanımı Bricit Makron Yelisey sarayındakı həyatın çətinliklərindən və keçmişinə dair maraqlı məqamlardan danışıb. O, bəzən saray həyatının onu yorduğunu etiraf edib.
DünyaMaraqlı eksperiment: Süni intellekt danışıqlar apardı, alqı-satqı etdi
"Anthropic" şirkəti "Project Deal" adlı eksperiment çərçivəsində süni intellekt agentlərinin rəqəmsal bazarda alıcı və satıcı kimi fəaliyyətini sınaqdan keçirib.
DünyaAz miqdarda içki belə beyni qocaldır: Təhlükə düşündüyünüzdən böyükdür
Hətta az miqdarda alkoqolun müntəzəm qəbulu beynin sürətlə qocalmasına səbəb olur.