
"Saatlıda yaşıllıq ərazidə yulğunlar qəsdən məhv edilir" - İDDİA - VİDEO
Saatlı rayonunda yaşıllıq ərazidə yulğunların qəsdən məhv edildiyi iddia olunub.
Saatlı rayonunda yaşıllıq ərazidə yulğunların qəsdən məhv edildiyi iddia olunub.
Bu barədə Gundem.today-a müraciət edən Minbaşı kəndi sakini bildirib ki, yaşıllıq sahəyə göbələk yığmaq üçün getdikdə yulğunların qurudulduğunu görüb.
O iddia edib ki, yulğunların hamısı kəsilib və dibinə benzin tökülərək qurudulub.
Məsələ ilə bağlı Gundem.today-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, sözügedən məsələ hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılır:
"Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətTibbi vasitələrin alınması üçün 4,8 milyon manatdan çox pul xərclənəcək
"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi tibb müəssisələrinin təcili tibbi yardım və digər şöbələri üçün tibb vasitələri alacaq.
CəmiyyətÖzbəkistandan Azərbaycana gətirilən arılarda təhlükəli parazit var? - RƏSMİ AÇIQLAMA
Son dövrlər Azərbaycana xaricdən, xüsusilə Özbəkistandan gətirilən arı ailələrinin təhlükəli parazitlərə yoluxduğu iddia olunub. Bildirilir ki, sözügedən arılar "Tropilaelaps" adlı gənə ilə yoluxurlar, bu da arı ailələrinin məhv olmasına, eyni zamanda ölkədə arıçılıq təsərrüfatlarına ciddi ziyan vurulmasına səbəb olur.
CəmiyyətSakinlər faciədən danışdılar: "Hamını çayın qırağında vurdular" - VİDEO
1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımı Naxçıvandan da yan keçməyib.
Cəmiyyətİcra sənədləri əsasında əmlak şəhadətnamələri veriləcək
"Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilib.