
Sabah 23 dərəcə isti olacaq - 05.05.2026
Mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətApreldə Bakı və Abşeronda temperatur neçə gün normadan yuxarı olub?
"2026-cı ilin aprel ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı olub. Yarımadada maksimal temperatur aprelin 3-də 25°C isti (Sumqayıt), bölgələrdə isə aprelin 27-də 29°C isti (Yevlax) qeydə alınıb. Havanın temperaturu 6 gün normadan aşağı, 3 gün isə norma daxilində olub. Orta aylıq temperatur 13°C isti təşkil edib ki, bu da iqlim normasından 1°C yuxarıdır".
CəmiyyətIcrammer: Daha sürətli öyrən, daha yüksək bal al!
Icrammer.com imtahan hazırlığını yeni mərhələyə daşıyır: süni intellekt dəstəyi, 200 000-dən çox unikal tapşırıq və fərdiləşdirilmiş öyrənmə imkanları bir platformada.
CəmiyyətNaxçıvanda müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanlarına başlanılıb
Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb.
CəmiyyətQəbələdə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib - FOTO
Mayın 4-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş məlumatlandırma sessiyası keçirilib.