Son dəqiqə
"Elə bildim bomba düşdü" - Sumqayıtda yanğın zamanı sakinlər qorxulu anlar yaşadılar - VİDEOFIFA və "Panini" arasındakı 50 illik əməkdaşlıq başa çatırİranda müəmmalı partlayış səsləri eşidilibBakıda məşhur klinikada pasiyentin başına oyun açdılar - VİDEOABŞ-nin məşhur repçisi narkotik satışı ittihamı ilə həbs edildiZelenskidən 9 May paradı ilə bağlı məsləhət: "Moskvaya getməyin"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Sabiq şahzadə Endryuya hücum edən şəxs saxlanıldı
Sabiq şahzadə Endryuya hücum edən şəxs saxlanıldı
Dünya

Sabiq şahzadə Endryuya hücum edən şəxs saxlanıldı

Bu gün
22:36
0 baxış
Paylaş:

Böyük Britaniya kralının qardaşı Endryu Mauntbetten-Vindzoru təhdid edən şəxs polis tərəfindən saxlanılıb.

Böyük Britaniya kralının qardaşı Endryu Mauntbetten-Vindzoru təhdid edən şəxs polis tərəfindən saxlanılıb.

Gundem.today "The Daily Telegraph" nəşrinə istinadən xəbər verir ki, hadisə mayın 6-sı yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 22:30 - red.) baş verib. İngiltərənin şərqindəki evinin yaxınlığındakı ictimai parkda itlərini gəzdirən sabiq şahzadəni görən maskalı şəxs avtomobildən düşərək ona doğru qışqırmağa başlayıb. Bildirilir ki, tərəflər arasında təxminən 50 metr məsafə olub. Kral ailəsinin üzvü mühafizəçisi ilə birlikdə yaxınlıqdakı avtomobilə minərək ərazini təcili tərk ediblər. Qeyd olunur ki, həmin şəxs onların arxasınca qaçmağa cəhd göstərib.

Hadisə Mauntbetten-Vindzorun fevral ayından bəri yaşadığı Sandringem malikanəsinin ərazisində, "Marsh Farm" fermer evinin yaxınlığında qeydə alınıb. Hadisə yerinə gələn polis əməkdaşları şübhəlini saxlayaraq dindirilmək üçün bölməyə aparıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun avtomobilində də axtarış aparıblar. Məlumata görə, sabiq şahzadə baş verənlərdən ciddi sarsıntı keçirib. Polis həm ondan, həm də mühafizəçisindən insidentlə bağlı yazılı izahat alıb.

"The Daily Telegraph"ın qənaətinə görə, bu hadisədən sonra Endryunun təhlükəsizlik məsələsi yenidən müzakirə obyektinə çevriləcək. Xatırladaq ki, daha əvvəl Böyük Britaniya kralı III Çarlz qardaşının şəxsi mühafizə xidmətini maliyyələşdirməkdən imtina etmişdi.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Endryu_Mauntbetten-Vindzor#şahzadə_Endrü#Böyük_Britaniya_kral_ailəsi#III_Çarlz#polis_saxladı#Sandringem_malikanəsi#təhlükəsizlik_məsələsi#Ceffri_Epşteyn_qalmaqalı.

Oxşar Xəbərlər

İranda müəmmalı partlayış səsləri eşidilibDünya

İranda müəmmalı partlayış səsləri eşidilib

Bəndər-Abbas şəhərinin ətrafında partlayış səsləri eşidilib.

Bu gün
23:360
Zelenskidən 9 May paradı ilə bağlı məsləhət: "Moskvaya getməyin"Dünya

Zelenskidən 9 May paradı ilə bağlı məsləhət: "Moskvaya getməyin"

Volodimir Zelenski 9 May ərəfəsində Böyük Vətən müharibəsində Qələbənin 81-ci ildönümünə həsr olunmuş parad tədbirləri zamanı Moskvaya səfər etməyi məsləhət görmədiyini bildirib.

Bu gün
23:060
İlon Mask rekord məbləğdə vergi ödəyibDünya

İlon Mask rekord məbləğdə vergi ödəyib

"SpaceX"in qurucusu və planetin ən varlı adamı olan İlon Mask bir il ərzində ABŞ büdcəsinə 10 milyard dollar vergi ödədiyini açıqlayıb.

Bu gün
22:480
Moskva İrəvana etiraz etdi: Ermənistan səfiri XİN-ə çağırıldıDünya

Moskva İrəvana etiraz etdi: Ermənistan səfiri XİN-ə çağırıldı

İrəvanda keçirilən "Avropa Siyasi Birliyi" Sammitində baş verən bəzi hadisələrlə əlaqədar Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu gün
22:120