Son dəqiqə
Bəzi ərazilərə LEYSAN, QAR yağacaq - XƏBƏRDARLIQTramp: "İran daha uranın zənginləşdirilməsi prosesini davam etdirməyəcək"ABŞ-İran atəşkəsi fonunda Yaxın Şərq ölkələrinə hücumlar edilirTramp İrana silah satan ölkələrə 50 faiz rüsum tətbiq edəcək - FOTOBakı Metropolitenində yeni təyinat - ÖZƏLÇaykənd Qızılbalıqartırma zavodu yenidən qurulacaq
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Tanınmış müğənninin anası qızının ölümünə səbəb olan sürücünü bağışladı
Tanınmış müğənninin anası qızının ölümünə səbəb olan sürücünü bağışladı
Kriminal

Tanınmış müğənninin anası qızının ölümünə səbəb olan sürücünü bağışladı

Bu gün
13:56
3 baxış
Paylaş:

Ötən il Bakıda Dövlət Bayrağı Meydanı yaxınlığında tanınmış müğənni Vlada Axundovanın ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

Ötən il Bakıda Dövlət Bayrağı Meydanı yaxınlığında tanınmış müğənni Vlada Axundovanın ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

Gundem.today "Teleqraf"a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs qismində hakim qarşısına 2002-ci il təvəllüdlü Mehdizadə Seyfulla çıxarılıb.

O, məhkəmədə ifadəsində 1 nömrəli çörək zavodunda gecə növbəsində sürücü işlədiyini, işdən sonra isə icarə əsasında götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. 24 yaşlı gəncin sözlərinə görə, hadisə vaxtı yorğun olduğu üçün onu sükan arxasında yuxu tutub və bədbəxt hadisə qaçılmaz olub. Onun çörək zavodunda iş rejimi gecə saat 03:00-dan başlayaraq gündüz saat 12:00-dək olub.

Vlada Axundovanın anası məhkəməyə ərizə təqdim edərək Seyfulla Mehdizadə ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. O, həmçinin qızının vəfatı ilə bağlı məhkəmə iclasının ona pis təsir edəcəyini və yaşının nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edib.

Şahid qismində ifadə verən 01-CH-477 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü Sadiq İsaqov bildirib ki, taksi fəaliyyəti ilə məşğul olur və hadisə zamanı həyatını itirən Vlada Axundova onun maşınına müştəri qismində əyləşib. Onun sözlərinə görə, Vlada Axundova qeyd edilən ünvana çatanda avtomobildən düşdükdən sonra qapını bağlamaqda çətinlik çəkib və bir neçə saniyə qapını örtməyə çalışdığı anda arxadan gələn maşın "Toyota"ya çırpılıb. Nəticədə Vlada Axundova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qısa olaraq bildirək ki, təqsirləndirilən şəxs idarə etdiyi 77-SJ-148 dövlət qeydiyyat nişanlı "Hyundai Elantra" avtomobili ilə yolun kənarında dayanmış və Sadiq İsaqova məxsus "Toyota"nı arxadan vurub. Qəza nəticəsində 1988-ci il təvəllüdlü Vlada Axundova hadisə yerində ölüb. Hadisə vaxtı Seyfullanın maşınında müştəri qismində əyləşən 1997-ci il təvəllüdlü Bahar Məcidova isə xəsarət alıb.

Məhkəmənin qərarına əsasən, Seyfulla Mehdizadə üç il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Vlada Axundova vaxtilə "Səs Azərbaycan" yarışmasında iştirak etmişdi.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Piyadavurma#Piyada_ölümü#Yol-nəqliyyat_hadisəsi#Vlada_Axundova

Oxşar Xəbərlər

Sabunçuda qadın evdən doqquz min manat oğurlayıbKriminal

Sabunçuda qadın evdən doqquz min manat oğurlayıb

Bakı və Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar.

Bu gün
15:561
Müdafiə Nazirliyinin sabiq rəisinin aldığı RÜŞVƏTİN MƏBLƏĞİ məlum olduKriminal

Müdafiə Nazirliyinin sabiq rəisinin aldığı RÜŞVƏTİN MƏBLƏĞİ məlum oldu

Mərkəzi hərbi həkim komissiyasının keçmiş rəisi mayor Rasim Həsənovun hərbi qulluqçulara saxta rəy verərək rüşvət alması ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb. Toplanmış materiallar məhkəməyə göndərilib.

Bu gün
14:281
İş yoldaşını "işverən" sözünə görə bıçaqlayan şəxsin CƏZASI BƏLLİ OLDUKriminal

İş yoldaşını "işverən" sözünə görə bıçaqlayan şəxsin CƏZASI BƏLLİ OLDU

İş yoldaşını ona "işverən" deməsinə görə bıçaqlamaqda təqsirləndirilən Röyal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün
13:441
Eltisinin ölümünə səbəb olan həkim HƏBS OLUNDUKriminal

Eltisinin ölümünə səbəb olan həkim HƏBS OLUNDU

Bakıda qaynının arvadını estetik əməliyyat edərək onun ölümünə səbəb olmaqda ittiham edilən həkim - "AzE Estetik Mərkəz"in direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə proses keçirilib.

Bu gün
13:063