Son dəqiqə
ABŞ və Aİ faydalı qazıntılar üzrə əməkdaşlıq sazişi imzalayıblarQazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldıQadın güləşçilərimiz Avropa çempionatını iki medalla başa vurdular21 yaşlı gəncin faciəli sonu: "Çox çalışırdı ki, çörək qazansın" - VİDEORusiyada müəllimin azərbaycanlı ailənin övladı barədə sözləri qalmaqal yaradıbVinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza kəsildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. ŞAD XƏBƏR: Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır
ŞAD XƏBƏR: Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır
Cəmiyyət

ŞAD XƏBƏR: Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır

Bu gün
20:20
0 baxış
Paylaş:

Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində ardıcıl işlər aparılır. Bu çərçivədə şəhərin ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə marşrutlar artıq istifadəyə verilir.

Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində ardıcıl işlər aparılır. Bu çərçivədə şəhərin ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə marşrutlar artıq istifadəyə verilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Gundem.today-a verilən məlumata görə, yeni marşrut şəbəkəsi şəhərin bütün vacib nöqtələrini birləşdirərək sakinlər üçün fasiləsiz və keyfiyyətli nəqliyyat xidmətini təmin edəcək.

Sakinlərin rahatlığını və şəhərin vacib nöqtələri arasında fasiləsiz gediş-gəlişi təmin etmək məqsədilə üç marşrut xətti müəyyən edilib:

1 nömrəli avtobus: "Qarabağ Universitetinin Klinikası - Xankəndi Tikiş Fabriki";

2 nömrəli avtobus: "Kərkicahan qəsəbəsi - Dəmiryol və Avtovağzal kompleksi";

3 nömrəli avtobus: "Qarabağ Universitetinin Klinikası - 1-ci dairə".

Yeni marşrutlar üzrə ümumilikdə 62 dayanacaq məntəqəsi təşkil edilib və müvafiq nişanlarla təchiz olunub.

Sərnişindaşımalar "BakuBus" MMC-yə məxsus ekoloji təmiz elektrik avtobusları vasitəsilə həyata keçiriləcək. İlkin mərhələdə 10 ədəd nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla xidmət göstərəcək.

Ödəniş sistemi tamamilə nağdsız qaydada tənzimlənir:

- Fiziki "BakıKart";

- QR-biletlər;

- NFC texnologiyası (istənilən bank kartı, "Google Pay" və "Apple Pay").

Sakinlər "BakıKart"ın balansını şəhərdə yerləşdirilən ödəniş terminalları vasitəsilə artıra bilərlər.

AYNA-nın Monitorinq mərkəzi avtobusların hərəkətinə real vaxt rejimində nəzarət edəcək. Qeyd edək ki, "BakuBus"ın müasir standartlara cavab verən bu təcrübəsi artıq Bakı və Gəncə şəhərlərində də uğurla tətbiq olunur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Xankəndi_şəhəri#Avtobus_marşrutu#Azərbaycan_Yerüstü_Nəqliyyat_Agentliyi_(AYNA)

Oxşar Xəbərlər

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldıCəmiyyət

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

Balakən rayonunda qazi atasına qarşı dələduzluq hadisəsi qeydə alınıb.

Bu gün
22:120
Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilirCəmiyyət

Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilir

Paytaxtın əsas küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar bir sıra marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir.

Bu gün
20:000
Sumqayıtda Ailə Sağlamlıq Mərkəzinin binası vətəndaşlar üçün təhlükə yaradır? - Sakinlərdən ŞİKAYƏTCəmiyyət

Sumqayıtda Ailə Sağlamlıq Mərkəzinin binası vətəndaşlar üçün təhlükə yaradır? - Sakinlərdən ŞİKAYƏT

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 1 saylı Ailə Sağlamlıq Mərkəzinin (ASM) binası yararsız vəziyyətə düşüb.

Bu gün
19:240
Abşeronda 19 cinayətin üstü açılıb, 17 nəfər saxlanılıb - VİDEOCəmiyyət

Abşeronda 19 cinayətin üstü açılıb, 17 nəfər saxlanılıb - VİDEO

Abşeron Rayon Polis İdarəsi (RPİ) ərazi polis bölmələrinin əməkdaşları ilə birgə hüquqpozmalara qarşı növbəti əməliyyat və profilaktik tədbirlər keçirib.

Bu gün
19:000