Son dəqiqə
ABŞ və İran arasında birbaşa danışıqların vaxtı açıqlanıbMilli Qəhrəman Albert Aqarunovun doğum günüdürİmtahanda yüksək bal toplayan bacılar: Biri memar, digəri hüquqşünas olmaq istəyir - VİDEOSüni sıxlıq yaradan avtomobillər: İctimai nəqliyyatın yolu niyə kəsilir? - VİDEOAvropa üçüncüsü Jalə Əliyeva: "Səhvlərim üzərində çalışacağam"Avropa Komissiyası Fars körfəzi ölkələrinə hərbi-dəniz əməkdaşlığı təklif edib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza kəsildi
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza kəsildi
İdman

Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza kəsildi

Bu gün
21:24
0 baxış
Paylaş:

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Nəzarət, Etika və İntizam Orqanı İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisiusa qarşı irqçi davranışa görə sərt qərar qəbul edib.

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Nəzarət, Etika və İntizam Orqanı İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisiusa qarşı irqçi davranışa görə sərt qərar qəbul edib.

Gundem.today xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti rəsmi məlumat yayıb.

Belə ki, Portuqaliyanın "Benfika" komandasının argentinalı yarımmüdafiəçisi Canluka Prestianni 6 oyunluq (üçü şərti olmaqla) diskvalifikasiya edilib. Qərara əsasən, futbolçuya qərarın qəbul edildiyi tarixdən etibarən ikiillik sınaq müddəti də təyin olunub.

Cəza Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Real Madrid"ə qarşı keçiriləcək cavab matçına da şamil edilir. UEFA-nın bu qərarı həm klub, həm də milli komanda səviyyəsində qüvvədə olacaq.

Xatırladaq ki, fevralın 17-də Lissabonda baş tutan qarşılaşma "Real Madrid"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçdakı yeganə qolun müəllifi olan Vinisius fərqləndikdən sonra "Benfika" azarkeşlərinin olduğu tribunaya tərəf qaçaraq onlara qarşı təxribat xarakterli jestlər edib. Bundan dərhal sonra isə o, irqçi təhqirlərə məruz qaldığını iddia edərək matçın baş hakiminə şikayətini bildirib.

İspaniya mətbuatının yaydığı məlumata görə, Vinisiusu irqi zəmində təhqir edən məhz "Real Madrid"lə cavab oyunundan kənarlaşdırılan Prestianni olub. Qalmaqala görə qarşılaşma 10 dəqiqəlik dayandırılıb. Matçın sonunda isə Portuqaliya klubunun azarkeşləri Vinisiusa və "Real Madrid"in digər futbolçularına müxtəlif əşyalar, o cümlədən su butulkaları və elektron siqaretlər atıblar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#UEFA#Vinisius#Canluka_Prestianni#Benfika#Real_Madrid#irqçilik#diskvalifikasiya#Çempionlar_Liqası#futbol_qalmaqalı#sınaq_müddəti#Lissabon.

Oxşar Xəbərlər

Avropa üçüncüsü Jalə Əliyeva: "Səhvlərim üzərində çalışacağam"İdman

Avropa üçüncüsü Jalə Əliyeva: "Səhvlərim üzərində çalışacağam"

Avropa çempionatında bürünc medal qazanan qadın güləşçimiz Jalə Əliyeva (57 kq) yarışla bağlı təəssüratlarını bölüşüb.

Bu gün
23:240
Qadın güləşçilərimiz Avropa çempionatını iki medalla başa vurdularİdman

Qadın güləşçilərimiz Avropa çempionatını iki medalla başa vurdular

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında beşinci olub.

Bu gün
22:000
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Avropa çempionatında bürünc medal qazandıİdman

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Avropa çempionatında bürünc medal qazandı

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Bu gün
20:480
Jalə Əliyeva Avropa üçüncüsü olduİdman

Jalə Əliyeva Avropa üçüncüsü oldu

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Bu gün
20:480