Son dəqiqə
Fatih Birol: "Yaxın Şərqdəki münaqişə nəticəsində 84 energetika obyekti zədələnib"Satmaq öhdəliyi ilə kirayə: Mənzil təklifləri tələbə uyğunlaşdırılmalıdır - ARAŞDIRMAƏvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanıldıABŞ Braziliyanın təhlükəsizlik üzrə attaşesindən ölkədən çıxmasını tələb edibLeyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda keçiriləcəkBəxtiyar Məmmədov: "Metroda hansısa yanğın və ya partlayış qeydə alınmayıb"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Sumqayıt xəstəxanasında təhükəli vəziyyət: Divarlar çatlayıb, tavan dağılır - FOTO
Sumqayıt xəstəxanasında təhükəli vəziyyət: Divarlar çatlayıb, tavan dağılır - FOTO
Cəmiyyət

Sumqayıt xəstəxanasında təhükəli vəziyyət: Divarlar çatlayıb, tavan dağılır - FOTO

Bu gün
11:44
0 baxış
Paylaş:

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən, Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 3 nömrəli xəstəxananın vəziyyəti ilə bağlı narazılıq var.

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən, Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 3 nömrəli xəstəxananın vəziyyəti ilə bağlı narazılıq var.

Bu barədə Gundem.today-a vətəndaşlar tərəfindən müraciət daxil olub.

Təqdim edilən görüntülərdən aydın olur ki, tibb müəssisəsinin binası qəzalı vəziyyətdədir. Binanın həm xarici, həm də daxili hissələrində dərin çatlar əmələ gəlib. Divar boyunca uzanan iri yarıqlar pəncərə kənarlarından aşağıya doğru davam edir.

Eyni zamanda, tavan örtüyündə ciddi zədələnmələr müşahidə olunur. Bəzi yerlərdə su sızmaları və qopmalar nəticəsində tavanın hissə-hissə dağıldığı görünür. Divarların daxili hissəsində də çatlar genişlənib, bu isə binanın dayanıqlığı ilə bağlı narahatlıq yaradır. Görüntülərdə həmçinin köhnə və baxımsız vəziyyətdə olan bina, qəzalı konstruksiya elementləri və ümumi yararsız infrastruktur diqqət çəkir.

Müraciət edən şəxslər bildirirlər ki, məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzinə üz tutsalar da, onları qəbul edən olmayıb:

"Direktor mərkəzdə idi, lakin bizi qəbul etmədilər. Mühafizəçi zəng etsə də cavab verilmədi. Bildirildi ki, müavinlər də yoxdur".

Vətəndaşlar qeyd edirlər ki, mövcud vəziyyət həm xəstələr, həm də tibb personalı üçün təhlükə yaradır və aidiyyəti qurumların təcili tədbir görməsi zəruridir.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Sumqayıt_şəhəri#3_nömrəli_xəstəxana#Qəzalı_vəziyyət

Oxşar Xəbərlər

Satmaq öhdəliyi ilə kirayə: Mənzil təklifləri tələbə uyğunlaşdırılmalıdır - ARAŞDIRMACəmiyyət

Satmaq öhdəliyi ilə kirayə: Mənzil təklifləri tələbə uyğunlaşdırılmalıdır - ARAŞDIRMA

Daşınmaz əmlak bazarında son illərin qiymət dinamikası Bakı, Sumqayıt və Xırdalan şəhərlərində, həmçinin Abşeron rayonunun qəsəbələrində mənzillərin və fərdi yaşayış evlərinin əhəmiyyətli dərəcədə bahalaşdığını göstərir. Yaranmış şəraitdə ödəmə qabiliyyəti aşağı olan, az və ortagəlirli vətəndaşlar özlərinin mənzil şəraitini yaxşılaşdırmaq üçün daha çox dövlətin təqdim etdiyi yaşayış maliyyəsi alətlərinə üz tuturlar. Əksər hallarda onlar bu arzularını ipoteka kreditindən və ya satmaq öhdəliyi ilə

Bu gün
16:440
Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda keçiriləcəkCəmiyyət

Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda keçiriləcək

Gənc ailələrin məşğulluğu və ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən "Gənc arıçı" layihəsi bu dəfə Yevlaxda icra olunacaq. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən ölkəmizin müxtəlif bölgələrində uğurla reallaşdırılır.

Bu gün
16:350
Bəxtiyar Məmmədov: "Metroda hansısa yanğın və ya partlayış qeydə alınmayıb"Cəmiyyət

Bəxtiyar Məmmədov: "Metroda hansısa yanğın və ya partlayış qeydə alınmayıb"

"Metro stansiyalarına gələn gərginlik xəttində baş vermiş qısaqapanma zamanı hər hansısa yanğın və ya partlayış qeydə alınmayıb".

Bu gün
16:310
Qarabağ arzusu gerçəyə çevrilir – Qırmızı Bazara növbəti qayıdışCəmiyyət

Qarabağ arzusu gerçəyə çevrilir – Qırmızı Bazara növbəti qayıdış

Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.

Bu gün
16:270