
Bir qrup din xadimi Naxçıvanda tarixi abidələrlə tanış olub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı müxtəlif bölgələrindən, həmçinin ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri yekunlaşıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı müxtəlif bölgələrindən, həmçinin ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri yekunlaşıb.
Bu barədə Gundem.today-a Dövlət Komitəsindən məlumat verilib.
Mayın 5-də nümayəndə heyəti Möminə Xatun türbəsi, Əshabi-Kəhf ziyarətgahı, "Duzdağ" Fizioterapiya Mərkəzi, eləcə də Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyi ilə yaxından tanış olublar. İştirakçılara bu məkanların zəngin tarixi, memarlıq xüsusiyyətləri, dini və mədəni əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, tarixi abidələrin qorunması, bərpası və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin üzvləri regionun çoxəsrlik irsinin, milli-mənəvi dəyərlərinin və tolerantlıq ənənələrinin yaşadılmasının və gələcək nəsillərə ötürülməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Belə səfərlərin müxtəlif ölkələrdə yaşayan azərbaycanlı din xadimləri arasında həmrəyliyin gücləndirilməsinə, ortaq kimlik və mənəvi bağlılığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.
Qeyd edək ki, səfərdə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın müxtəlif bölgələrindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən 40-dan çox azərbaycanlı din xadimi iştirak edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb.
CəmiyyətŞəkidə WUF13 Festivalı keçirilib
Şəki sakinləri və şəhərin qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə mayın 5-də "WUF13 Festivalı" keçirilib.
CəmiyyətSumqayıtda avtomobil yolunun çökməsinin səbəbi açıqlandı
Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən 600 mm diametrli kanalizasiya xəttində çökmə baş verib.
CəmiyyətMəşhur ticarət mərkəzlərində SAXTA KÜRÜLƏR aşkarlandı - FOTO
Saxta kürü məhsullarının dövriyyəsi ilə bağlı monitorinq keçirilib.