
Tramp NATO üzvlərinə ultimatum verdi
ABŞ Prezidenti Donald Trampın komandası müdafiə xərclərini ÜDM-in 5%-inə çatdırmayan NATO ölkələrinə hərbi dəstək vermək niyyətində deyil.
ABŞ Prezidenti Donald Trampın komandası müdafiə xərclərini ÜDM-in 5%-inə çatdırmayan NATO ölkələrinə hərbi dəstək vermək niyyətində deyil.
Gundem.today xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Daily Telegraph" nəşri məlumat yayıb.
Buna görə həmin ölkələr alyansın qərarlarına qatılmaq imkanından məhrum ola, 5-ci maddədən yararlana bilməz.
ABŞ Almaniyadakı hərbçilərini geri çağırmağı nəzərdən keçirir. Ağ Ev bu addımı NATO tərəfdaşlarının Hörmüz boğazında gəmiçilik fəaliyyətinə donanma göndərməkdən imtina etməsi səbəbindən planlaşdırır. Plan hələ Brüsseldə rəsmi təqdim edilməyib və NATO-da yekdillik prinsipi səbəbindən fikir ayrılığı riski var.
"Gələcək xərclərə qatılmayan ölkələr səsvermə hüququndan məhrum olmalıdır. İspaniya və Böyük Britaniyaya davranışlarının yolverilməz olduğunu göstərmək lazımdır", - deyə xəbərdə qeyd olunur.
Ötən il Haaqada NATO üzvləri razılaşıblar ki, hərbi büdcələr 2035-ci ilə qədər ÜDM-in 5%-inə çatdırılsın, lakin İspaniya buna qarşıdır.
Birləşmiş Ştatlar və İsrailin İrana istiqamətlənmiş hərbi addımlarından sonra Vaşinqtonla Madrid arasındakı ziddiyyətlər bir qədər də kəskinləşib. İspaniya ilk olaraq bu cür əməliyyatları pisləyib. Ardınca isə krallıq ABŞ-nin İrana qarşı hücumlar zamanı onun ərazisindəki hərbi bazalardan faydalanmasına etiraz edib.
Trampın Böyük Britaniyadan narazı qalmasının səbəbi isə Londonun başlanğıcda İrana qarşı əməliyyatlar məqsədilə öz bazalarından istifadəyə razılıq verməməsi idi. Britaniyanın Baş naziri Kir Starmer yekunda hərbi hava bazalarının istifadəsinə şərait yaratsa da, hüquqi bazanın yoxluğunu səbəb gətirərək ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi zərbələrdə Londonun yer almayacağını xüsusi olaraq vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİraqın hava məkanı nə vaxt açılacaq?
İraqın hava məkanında uçuş qadağası martın sonuna qədər uzadılıb.
DünyaNepalın sabiq baş naziri həbs edildi
Nepalın sabiq baş naziri Xadqa Prasad Şarma Oli, eləcə də ölkənin keçmiş daxili işlər naziri Rameş Lehak saxlanılıblar.
DünyaABŞ-İsrail koalisiyası ilə İran arasındakı müharibə müzakirə edildi: SON ZƏRBƏYƏ HAZIRLIQ? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında ABŞ-İsrail koalisiyası ilə İran arasındakı müharibə barədə müzakirə aparılıb.
DünyaBeyrutda "Hizbullah"ın iki yüksəkvəzifəli rəsmisi öldürüldü
Livanın Beyrut şəhərinə İsrailin zərbəsi nəticəsində "Hizbullah"ın kommunikasiya bölməsinin iki yüksəkvəzifəli rəsmisi öldürülüb.